Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seçim sənin

O, zərgər idi, necə deyərlər, əli qızıl kəsirdi. Dindirəndə deyirdi ki, şükür Allaha, çörək pulumu çıxarıram, hələ üstəlik, rayona, anamgilə də əl tuturam.

Hər dəfə onunla hal-əhval tutanda söhbətini “Şükür” kəlməsi ilə açardı. ”Açardı” ona görə dedim ki, indi o, öz sevimli peşəsi ilə məşğul deyil. Çünki Allah ona halal zəhmətlə pul qazanmağın yolunu göstərmişdi, lakin o, şükür etsə də, bir müddətdən sonra bu yoldan sapdı, daha doğrusu, yayındı, şeytana uydu. Bir zamanlar əli qızıl kəsən o zərgər içki aludəçisinə çevrilib, indi səfil-sərgərdan küçələrdə dolaşır, başı “dumanlananda” elə küçənin bir tərəfindəcə yıxılıb yatır...

Bəli, Allah insana halal zəhmətlə çörək qazanmağın yolunu göstərir, qədrini, qiymətini bilməyəndə isə onu əlindən alır və cəzalandırır...

İnsan bilməlidir ki, hər şey gəldi-gedərdir, pul bu gün var, sabah yox, bəlkə də bir anın içində villa, saray sahibi olarsan, sabah isə müflis vəziyyətə düşərsən. Bil ki, hər şey Allahın əlindədir, Allahın sənə verdiyi fürsəti dəyərləndirməyi bacar, sənətinin, zəhmətinin qədrini bil, şeytana uyub yolundan sapma, Yaradanın qəzəbindən qorx!


Tarix: 03.12.2014 / 13:28 Müəllif: Aziza Baxılıb: 45 Bölmə: Maraqli Hekayeler
loading...