Bir gün bir adam həkimə gəlib deyir ki, yaman kədərliyəm, ürəyim partlayır, mənə bir əlac elə… Heç bir şeyə gülə bilmirəm… Həyat mənasız gəlir…
Həkim nə edəcəyini bilmir və onu başqa həkimin yanına göndərir. Ölkədə heç bir həkim bu adamın dərdini tapa bilmir..Beləcə uzun bir müddət keçmiş və gülməyi bacarmayan adam çarəsiz qalmış…
Sonda ilk getdiyi həkimin yanına yenidən getmiş. Həkim bu dəfə ona məsləhət vermiş: Sənin fiziki heç bir qüsurun yoxdu psixoloji olaraq özünü güldürməyə çalış. Sənin kimi çox xəstələr illərdi gəlir mən artıq bunun çarəsini tapmışam. İlin bu mövsümü hər il bir kloun gəlir şəhərə. Dünəndən etibarən artıq şəhərdədi. Nə qədər stresli olursam olum o çıxış edəndə gülməkdən özümü salaya bilmirəm. Sənə məsləhətim gəl səndə bugün o klounun çıxışına baxmağa get təsirini görəcəksən.
Cavabında kişi deyər: Həkim..mən bacarmaram. Çünki həmin kloun mənəm!
Tarix: 03.12.2014 / 14:18 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Maraqli Hekayeler