''Yaponiyadakı zəlzələdə xilasetmə qrupu gənc bir qadının qaldığı dağıntıya qədər çatırlar. Xarabalıqların arasında qadının cəsədinə yetişirlər.Qadının dağıntı altında qalması bir qədər maraq doğurur.Sanki əllərində bir şey tutaraq dizlərinin üzərində çökmüş haldadır.Bu əsnada sanki ev üzərinə yıxılmışdır.Qurtarma qrupunun başçısı yenə də sağ qalma ümidi ilə qadına yetişmək üçün çalışır.Təəssüf ki,qadın çoxdan ölmüşdür.Qrup oradan başqa bir dağıntıya hərəkət etmək istərkən qrup başçısı açdığı dəlikdən içəri doğru qadının cəsədinin altına doğru baxır və səslənir: “Bir uşaq” !!! “Bir uşaq” var!!!
Qrup uzun bir müddət çalışdıqdan sonra bir adiyal içində ölü qadının cəsədinin altında üç aylıq bir körpə tapırlar.Qadın son bir həmləsi ilə uşağı xilas etmək üçün bədənini ona sipər etmişdir.Qrup uşağı qurtadığında uşaqda yatmaqda idi.
Həkimlər uşağı müayinə edirlər.Adiyalı açdıqlarında içində bir mobil telefon tapırlar.Telefonun ekranında yazılı bir mesaj vardı mesajda yazılmışdı: “Əgər xilas olundunsa səni sevdiyimi unutma!”
Bir ananın övladına olan sevgisini ölüm anında belə ona izah etməsinin ən gözəl və bariz nümunəsi!
ALLAHın analara verdiyi bu sevgi və mərhəmət üçün şükürlər olsun!
Tarix: 01.12.2014 / 17:12 Müəllif: Aziza Baxılıb: 65 Bölmə: Maraqli Hekayeler