Qədim zamanlarda böyük bir ölkənin böyük bir alimi var idi. Bu ölkədə gənclər bu alimin yanına elm öyrənməyə gəlirdi. Bir gün çarəsizliyə düşən bir tələbə alimə dedi:
— Artıq bundan sonra sizin yanınıza gələ biləcəyəm. Və sonra da bu sözləri əlavə etdi:
— Çünki çox kiçik evdə yaşayıram. Atam da, anam da, qardaşlarım da, bacılarımda mənimlə bir yerdədilər. Elm örənmək üçün isə fikir və diqqət lazımdır. Ancaq mənim yaşadığım evdə mümkün deyil.
Alim əvvəlcə ona heç birşey demədi. Sonra üzünü günəşə çevirməyi xahiş etdi, sonra isə əli ilə üzünü örtməyi xahiş etdi. Gənc tələbə alimin dediyi kimi etdi üzünü əli ilə örtdü. Alim daha sonra belə dedi:
— Görüsən, əslində, əlin kiçikdir ama böyük günəşin işığını (hətta hərarətini də) “örtmək” üçün kifayətdir, eyni ilə bunun kimi. Həyatdakı kiçik problemləri də böyük məqsədlərdən uzaqlaşdırmaq üçün bu kifayətdir. Bir sözlə, necə ki, əlin günəş işığının sənə çatmasına mane olur, eləcə də beynindəki işığın qəlbindən üzə çıxmasına mane olur. Ona görə də öz acizliyinə və çarəsizliyinə görə heç kimi ihtiham etmə, acizliyinə və çarəsizliyinə görə heç kimdə günah görmə.
Tarix: 03.12.2014 / 14:01 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqli Hekayeler