Krant tamiri ilə məşğul olan yaraşıqlı bir gəncin başına gələn bir hadisəni sizlərə nəql edim:
Bir gün gəncin dükanına gələn bir qadın, evində təmir ediləcək kranlar olduğunu söyləyir. Daha sonra birlikdə evə gedirlər. Evə gəldiklərində qadın qapını arxadan bağlayır və cavana çirkin təklif edir.
Cavan bu çirkin təklifi qəbul etmədikdə:
"- Bax qışqıraram, mənə təcavüz etdi, deyərəm, " formada gənci təhdid edir.
Gənc vəziyyəti belə gördükdə:
— Yaxşı qəbul edirəm, lakin mənim tualate getməliyəm, deyərək qadının yanından ayrılır. Tualate gedərək üzünü, əllərini, paltarlarını murdarlayır. Tualetdən çıxarkən onu bu vəziyyətdə görən qadın diksinir və:
-Get, səni görmək istəmirəm, deyərək qovur.
Cəhənnəmin dəhşətli odunun yerinə dünyadakı tualet çirkabına bulaşmasına zərrə qədər də vecinə almayan gənc, evinə gedib yuyunub təmizlənir.
O gecə yuxusunda gördüyü nurani bir şəxs onu təbrik edir:
-Övladım, səni təbrik edirəm! Mən Yusif Peyğəmbərəm (ə.s). Cənnətdə mənimlə qonşu olacaqsan.
Tarix: 01.12.2014 / 17:17 Müəllif: Aziza Baxılıb: 57 Bölmə: Maraqli Hekayeler