Hökümdarlardan biri vəzirinə, oğulunun müəllimi ilə əlaqədar şikayətlənirdi:
- Mən oğulum elm öyrənsin istəyirəm... Mənim yerimə yaxşı bir hökmdar olsun... Amma o davamlı musiqilə, sazla, sözlə məşğul olur... Zənnimcə müəllimi onu, əslinə yaraşar şəkildə yetişməsi istiqamətində yönləndirə bilmir.
Vəzir:şah və vəzir- Hökümdarım, müəllimin əlində möcüzə yoxdur ki! Uşağın neyə qabiliyyəti varsa müəllimi ancaq onda irəliləməsinə kömək edə bilər. İnsanın təbiəti dəyişdirilə bilməz. Tərbiyə yaradılışa bağlıdır.
Hökümdar düşüncəsinin arxasında idi... Doğuşdan sahib olduğumuz bacarıqların, tərbiyə ilə dəyişdirilə biləcəyini müdafiə edirdi... Bunu sübut etmək üçün də; bir axşam sarayda əyləncə tərtib etdirdi. Əyləncə arasında təhsilli pişiklərin bir nümayişi vardı. Pişiklər, kürəklərinə qoyulan qabı və qabın içindəki yanan şamları salmadan etinayla daşıyırdılar. Hökümdar vəzirə, pişikləri göstərərək:
- Görürsənmü? dedi. Tərbiyə ilə nələr bacarıla bilir...
Vəzir cavab vermədi, müsbət ya da mənfi... Başqa bir əyləncə gecəsini gözlədi və bu gecəyə gələrkən də yanında bir neçə dənə siçan gətirdi gizlicə. Pişiklərin nümayişi başladığında, siçanları pişiklərə doğru yolladı. Siçanları görən pişiklər, kürəklərindəki qabı, şamı unudub siçanların arxasına düşdülər. Şamlar bir tərəfə, qablar bir tərəfə diyirləndi... Yanan şamlardan, xalçalar alovlandı... Ortalıq bir anda tarimar oldu... Bu sırada vəzir isə padşaha soxulub; iddiasını dəstəkləyən dəlili qürurla seyr edərək belə dedi:
- Gördünüzmü padşahım, tərbiyə yaradılışa bağlıdır!
Tarix: 01.12.2014 / 15:07 Müəllif: Aziza Baxılıb: 42 Bölmə: Maraqli Hekayeler