Bir uşaq it balaları satılan dükana gəldi. Satıcıdan it
balalarının qiymətini soruşdu. -"30 dollarla 50 dollar arasında dəyişir qiymətləri" -"Mənim 2 dollar 37 sentim var.Bir baxa bilərəmmi
balalara?" Dükan sahibi gülümsedikten sonra bir fit çaldı və it
daxmasında beş dənə bala çıxdı. Onlardan biri
arxadan gəlirdi. Kiçik uşaq getməkdə çətinlik
çəkən şikəst balanı işarə edib soruşdu: "Bunun nəyi var?" Dükan sahibi onun omba çıxığı olduğunu və
həmişə şikəst qalacağını açıqladı. Kiçik uşaq
həyəcanlanmışdı. "Mən bu balanı almaq istəyirəm." Dükan sahibi: "Xeyr, o balanı satın alman lazım
deyil. Əgər həqiqətən istəyirsənsə, o balanı
sənə pulsuz verərəm." Kiçik uşaq birdən əsəbləşərək: "Onu mənə
vermənizi istəmirəm. O da digər balalar qədər
qiymətli və mən qiymətini tam olaraq
ödəyəcəyəm. Əslində, sizə indi 2 dollar 37 sent
verəcəyəm və geri qalan borcumu da hər ay 50
sent olaraq tamamlayacağam." Dükan sahibi uşağı razı salmağa çalışdı. - "Bu iti həqiqətən almaq istədiyini sanmıram. Bu
bala heç bir zaman digər balalar kimi qaçıb
tullanmayacaq və səninlə oynaya bilməyəcək." Bunun üzərinə kiçik uşaq əyildi, şalvarının
balağını qatladı və böyük bir metal parçasının
dəstəklədiyi şikəst qıçını dükan sahibinə
göstərib şirin bir səslə: "Mən də çox yaxşı qaça
bilmirəm və bu balanın özünü çox yaxşı
anlayacaq bir sahibə ehtiyacı var" - dedi.
Tarix: 12.03.2014 / 02:37 Müəllif: totum Baxılıb: 515 Bölmə: Maraqli Hekayeler