Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zənginlik pulla ölçülmür.

Günlərin bir günü varlı bir kişi övladına göstərmək istəyir ki, “gör insanlar necə də kasıbdılar.” Bu səbəbdən də oğlunu özüylə kəndə aparır
Onlar maddi cəhətdən çox kasıb olan bir adamın evinə gəlirlər və bütün günü o evdə qalır və gecə də o evdə gecələyirlər. Səhər isə şəhərə qayıdanda yolda atası oğlundan soruşur ki, “hə, balam, de görüm səyahətimiz necə oldu?”
Oğul da cavab verir ki, “çox gözəl”.
Sonra atası soruşur:
- Bəs camaatın necə kasıb olduğunu gördünmü?
Uşaq cavab verir ki, “bəli, atacan, gördüm”.
Bu zaman atası yenə soruşur:
- Bəs bu kasıblığı görüb, nə öyrəndin?
Uşaq cavab verir:
- Öyrəndim ki, bizim cəmi bir dənə itimiz var, onların isə dörd. Bizim hovuzumuz var, hansı ki, çox böyükdür, düz bağımızın yarısı qədər, amma onların isə çayları, hansı ki, kilometrlərlə uzanır. Bizim bağımızda lampalar yanır, onlara isə ulduzlar işıq saçır. Atacan, öyrəndim ki, biz nə qədər də kasıbıq. Bunu mənə göstərdiyinçün sənə təşəkkür edirəm!


Tarix: 01.12.2014 / 13:52 Müəllif: Aziza Baxılıb: 40 Bölmə: Maraqli Hekayeler
loading...