İntihar edən ruhu alınarkən ömürümdə eşitmədiyi bir əzabla qarşılaşır qəbir həyatı boyunca o ağrını təzə-təzə çəkir. Qəbir həyatı belə dəhşətli keçən birinin axirət həyatı necə olar? Siz düşünün. İnsandakı hər şey ona əmanətdir özünə aid deyil.
Biri izah etdi:
Ağacda odun kəsirdim. Bizim kənddən biri əlində iplə tələ tələ gəldi və mənim olduğum budağa ipi sarıdı məni heç görmədi. Tam asacaqkən özünü, baltamla ipə vurdum kəsdim. O dedi ki: "yaxşı ki bunu etdin tam ip boynuma geçdiyi an içimdə böyük bir peşmanlıq eşitdim". Bir dəfə biri özünü binadan atdı amma elektirik tellərinə ilişdi. Yere ölü şəkildə çırpılmadı. Xəstəxanaya qaldırılarkən ambulanstakı son sözləri- "məni qurtarın" demək olmuşdu. Ancaq adam xəstəxanada öldü ..
Hər vəli (istinasız) həyatında ən az bir dəfə intihar etmək istəmiştir. Amma bu bir məqamdır əsla da intiharları gerçəkləşdirə bilməmişdirlər. Yəni Allah canlarını almamışdır (təbii hər intihara cəhd edən vəli demək deyil).
İntihar insanın özünü öldürməsi deməkdir. Allah: "Öz-özünüzü öldürməyin”, – buyurub (Nisa, 4/29).
Çətinliklərdən bezən, ümidini itirən və problemlərdən bir çıxış yolu görə bilməyən insanların intihara meylli olması mümkündür. Bir müsəlmanın belə bir hala düşməsi mümkün deyil. Allah belə buyurub:
"Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir” (Yusuf, 12/87).
Qurani-Kərimin başqa bir yerində İbrahim peyğəmbərin (s. a. v.) dilindən belə deyilir:
"Rəbbimin rəhmətindən ümidini yoldan çıxanlardan başqa kim kəsər?” (Hicr, 15/56).
Digər bir ayədə də belə buyurulur:
"İnsan yaxşılıq istəməkdən heç bezib usanmaz. Amma ona bir çətinlik üz verdiyi vaxt bezib ümidsizləşir” (Fussilət, 41/49).
Dində təkcə intihar deyil, ölümü istəmək belə günahdır!
Tarix: 04.12.2014 / 12:08 Müəllif: Aziza Baxılıb: 142 Bölmə: Maraqlı melumatlar