Peyğəmbərimizin dəyərli kəlamları:
1.KəlamlarHər bir şəhvətli (ehtraslı) görünüş – zinakarlıqdır, nə vaxt qadın ətirlənir və ehtraslı baxışlarla özünü gözə soxmaq üçün kişilərin iştrak etdiyi məclisə gedir, o, - zinakardır.
G304;FLER
2.Məhəmməd peyğəmbər bir dəfə Vəbişaha dedi: “ Doğrudur ki, sən məndən nəyin xeyir, nəyin şər olduğunu soruşmağa gəlmişdin?”, “Bəli, - o cavab verdi, - mən elə onun üçün gəlmişdim”. Məhəmməd peyğəmbər barmaqlarını ətirli maddəyə-miroya salıb onun sinəsinə toxundurdu və dedi: “ Nəsihəti öz ürəyindən al”. Bunu o, üç dəfə təkrar etdi və sonra dedi: “ Xeyir iş – sənin ürəyinə toxtaqlıq və rahatlıq verəndir, amma şər, başka adamlar sənə bəraət qazandırdığı vaxtda, səni şüpəyə salandır.”
3.Əgər inamınız yoxdursa, siz Allahın dərgahına gedə bilməzsiniz; necə ki, bir-birinizi sevmirsiniz, siz öz inamınızı yerinə yetirə bilməzsiniz.
4.Mülayimlik və itaətçilik həqiqi inamın, boş danışıq və bəzək-düzək riyakarlığın nəticəsidir.
5.Hirsli adamla birlikdən təklik yaxşıdır; xeyirxah adamla birlik isə təklikdən yaxşıdır. Bildiyini öyrənmək istəyənə demək susmaqdan yaxşıdır; susmaq isə boş danışıqdan yaxşıdır.
6.Allah elə adama böyük mükafat verir ki, o, qəzəbini göstərməyə qabil olduğu halda boğur.
7.Hərəkətlər niyyətlərə görə mühakimə olunur.
G304;FLER
8.Həqiqətin əsl icraçısı o adamdır ki, bədbəxtliyə dözümlü və incikliyi unudandır.
9.Həqiqi təvəzökarlıq – bütün fəzilətlərin mənbəyidir.
10.Təvəzokarlıq və ismətdən ayrı inam ola bilməz.
11.Xeyir iş görməkdə inadkar olun.
12.Müqəddəs o adamdır ki, xeyri görəndə Allaha təşəkkür edir, bədbəxtliyə düçar olanda isə səbrlə onu aradan qaldırır; belələri Allah tərəfindən həmişə mükafatlandırılırlar.
G304;FLER
13.Həqiqət yolunu tapan adamlar hərgah mübahisəyə qoşulmasalar həmin yoldan çıxmazlar.
14.Allahın ən böyük düşməni özlərini mömin adlandırıb yalanla məşğul olan və insanların qanını vəhşicəsinə soranlardır.
15.Məzar - əbədiyyatıın birinci pilləsidir.
16.Ən müqəddəs müharibə odur ki, insan özünə qalib gəlir.
17.Bir saat görmək bir il sitayiş etməkdən yaxşıdır.
18.İbadət – möminin ruhunu ucaltmaqla onu Allaha qovuşdurur.
G304;FLER\
19.Ölüm dostları bir-birinə bağlayan körpüdür.
20.Mömin Allahın iradəsinə sədaqətlə və onun mərhəmətinə ümidlə ölür.
21.Gözün zinakarlığı – özgə arvadına ehtirasla baxmaqdır; dilin zinakarlığı – Allahın iradəsinə zidd danışmaqdır.
22.Adamların – kişi və qadınların Allaha xidmət əvəzinə zinakarlıq etmələri kimi heç nə Allaha zidd ola bilməz.
23.Allah o adamlarla mərhəmətlidir ki, çörəyini minətlə deyil, öz əməyi ilə qazanır.
24.Bədbəxtlik də mükafat həcimindədir. Başqa sözlə, kim nə qədər bədbəxt və uğursuzdursa onun mükafatı da o qədər tam və yüksəkdir.
G304;FLER
25.Həqiqətən Allah adamı sevdiyi qədərdə bədbəxt edə bilər.
26.Məhəmməd peyğəmbər öz məhzəbinə qovuşandan sonra sadəcə olaraq dedi: “ Ya Rəbbim! Sənə inamda möhkəmliyim, düz yolla getməyə hazır olmağım, sənin gözündə mərhəmət qazanmağım və surətini qəlbimdə yaşatmağım üçün ibadət edirəm. İbadət edirəm ki, Sən mənə nöqsandan xali olan günahsız ürək və doğru danışan dil verəsən. İbadət edirəm ki, nəyi fəzilət billirsənsə, onu qəbahətdən qoruyub mənə agah olan günahlarımı bağışlayasan.
27.Bilirsənmi ki, bizim inamımız mehvərindən qopur və onu sarsıdan nədir? Buna bais təfsirçilərin səhvləri, ikiüzlülərin sözləri və yolunu azanların hökmüdür.
28.Qadın – kişinin ikinci yarısıdır.
29.Bilik unudulanda zərər çəkir, lakin onu ləyaqətsizlərə verəndə tamam məhv olur.
30.Bizim inamımız adından və Quranın görkəmindən başka heç nə qalmayacağı dövr uzaqda deyil. O zaman məclislərdə artıq nə təlim, nə Allaha itaət olmayacaq. Onda alimlər yer üzündə yaşayanların ən pisinə çevriləcəklər. Mübahisələr və çəkişmələr onlardan törəyəcək və onların özlərinə qayıdacaqdır.
G304;FLER
31.Biliyə can atmaq hər bir mömin üçün Allah əmridir; lakin nalayiqlərə bilik öyrətmək donuzun boynuna mirvari, qiymətli daşlr və qızıl düzməkdir.
32.Öyüd-nəsihət üç cür olur: eləsi var ki, şübhə doğurmayan həqiqətdir – ona əməl et; eləsi də var ki, müəmmalıdır – onların izahını Allahdan istə.
33.Möminlər ölmürlər, onlar yalnız fani dünyadan əbədiyyətə köçürlər.
34.Həqiqi möminlər uğurlu günlərində Allaha minatdarlıq edir və bəd ayaqda onun iradəsinə sığınırlar.
35.Allaha ümid et, amma dəvəni bağlamağı unutma.
36.Dünya və ondan olan nə varsa qiymətlidir; ancaq onların ən qiymətlisi – fəzilətli qadındır.
Tarix: 03.12.2014 / 16:35 Müəllif: Aziza Baxılıb: 72 Bölmə: Maraqlı melumatlar