Namaz qılan əsgər
Bir əsgər, namaz qılan digər əsgərdən soruşdu :
- Dostum, neçənci əsrdə yaşayırıq? Nə üçün özünü zəhmətə salıb hər gün 5 dəfə namaz qılırsan? Namaz qılan əsgər, tam o sırada uzaqdan görünən komandiri göstərdi :
- Nə üçün bu insan sənin yanından keçərkən özünü toplayır, salam verir və bütün əmrlərinə itaət edirsən. ''yat'' desə yatır, “qalx” desə qalxırsan? O da sənin kimi iki ayağı, iki əli və bir başı olan bir insan deyilmi ? Digər əsgər cavab verdi :
- " Bəli! O da mənim kimi biri insandı amma rütbəsi var, çiyinində ulduzu var ". Namaz qılan əsgərin cavabı möhtəşəm idi :
-Ey dost ! Sən çiyinində bir dənə ulduzu var deyə sənin kimi bir insana itaət edirsən bəs mən, yerdəki qumlar sayı qədər ulduzları olan və hamısını təsbeh dənəsi kimi qüdrət əliylə çevirən ALLAHa nə üçün itaət etməyim? Nə üçün namaz qılıb əmrini yerinə yetirməyim ..?
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 51 Bölmə: Maraqlı melumatlar