Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ŞƏHİDLƏRİN ALLAH DƏRGAHINDA UCA MƏQAMLARI

“Allah yolunda öldürülmüşlərə (şəhid olanlara) “ölülər” deməyin; əksinə onlar diridirlər. Lakin siz bunu dərk etmirsiniz”. (“Bəqərə” surəsi 154).

Şəhidlərin məqamlarının əhəmiyyəti haqda çox danışılmışdır. Hər bir millət öz şəhidlərinə xüsusi ehtiram göstərir. Ancaq Allahın şəhidlərə göstərdiyi ehtiram əvəzsizdir. Hədislərimizdən görürük ki, Allah şəhidlərin məqamını necə uca tutmuşdur və onların behiştdə xüsusi yerləri vardır. Bu təlimlərin nəticəsində mədəniyyət baxımından geridə qalmış bir xalqın igidləri böyük impareatorlara diz çökdürmüşdülər.

İmam Əli ibni Musa Ər-Rza (ə) Əmirəl-möminin (ə) haqqında belə nəql edir: “O zaman ki, Həzrət (ə) insanlara xütbə söyləyir və onları ciahada təşviq edirdi, bir cavan ayağa qalxaraq, ona deyir: “Ey Əmirəl-möminin! Allah yolunda vuruşan döyüşçülərin fəziləti haqda danışın”. İmam (ə) cavabında buyurur: “Mən atla Peyğəmbərin (s) arxasında gedirdim. Zatəl-səlasil döyüşündən qayıdırdıq. Sənin mənə verdiyin bu sualı mən Peyğəmbərə (s) verdim. Peyğəmbər (s) buyurdu: “O zaman ki, döyüşçülər döyüş meydanında vuruşmağı qərara alırlar, Allah onları cəhənnəm alətşindən azad etməyi qərara alır. O zaman ki, silahlanırlar və döyüş meydanına hazırlaşırlar, mələklər onlarla fəxr edir. O zaman ki, həyat yoldaşları, övladları və qohumları onunla xudafizləşirlər, günahlarından azad olurlar. Bu zaman bir günün savabı yerinə onlara min zahidin savabı qədər savab yazılır. Düşmənlərlə üzbəüz olanda onlara yazılan savabın miqdarını yer əhli dərk edə bilməz. Döyüşmək üçün meydana addım atdıqlarında nizələrlə, oxlarla döyüşdükdə və təkbətək döyüşdə mələklər qanadları ilə onları əhatə edər. Bu zaman səslənərlər: “Behişt qılıncların sayəsindədir”. Şəhid bədəninə dəyən qılınc yarasının ağrısı yay günlərində içdiyi soyuq sudan da yüngül olar. O zaman ki, şəhid atından yıxılmaq istəyər, torpağa çatmamış behişt huriləri onu qarşılaşamağa tələsərlər. Allahın ona bəxş etdiyi nemətləri ona şərh edərlər. O zaman ki, şəhid torpağa düşər, torpaq deyər: “Sənin pak bədənindən çıxan pak ruha afərin olsun. Sənə eşq olsun. Heç kimin görmədiyi və heç bir qulağın eşitmədiyi və heç bir qəlbə daxil olmayan nemətlər sənin intizarındadır”. Allah buyurar: “Mən sənin ailənin himayəçisiyəm. Hər kim onlarla xoş rəftar edər, məni xoşhal etmişdir, hər kim onları qəzəbləndirərsə, məni qəbələndirmiş olar””.


Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar
loading...