Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İSLAMDA DÜŞÜNCƏ AZADLIĞI

Üzərində yaşadığımız dünyada çox fərqli inanclara sahib insanlar vardır. Belə bir
dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdırlar. İnsanları Allahın dininə gözəlliklə, sülhvə xoşrəftarla dəvət etmək, iman edənlərin üzərinə düşən bir məsuliyyətdir.

İnsanların düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan bir din olan İslam, insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında mənfi danışmağı və hətta mənfi düşüncəni (zənn) daxil olmaqla maneə törədən və qadağan edən əmrlər gətirmişdir. İslam terror və şiddət hərəkətlərinə qəti olaraq qarşı olduğu kimi, insanların üzərində ən kiçik bir təzyiq göstərilməsiniqadağan etmişdir.

İnsanların bir dinə inanmağa və ya o dinin ibadətlərini yerinə yetirməyə məcbur edilməsi, İslamın özünə və ruhuna ziddir. Çünki İslamda səmimi iman, azad iradə və vicdanı qəbul ilə mümkündür. Əlbəttə Müsəlmanlar bir-birlərini Quranda izah edilən əxlaqi xüsusiyyətlərin tətbiq olunması üçün xəbərdar edə bilər, təşviq edə bilərlər. Quran əxlaqının, ən gözəl sözlə insanlara izah edilməsi, bütün iman edənlərin üzərinə düşən məsuliyyətdir. İman edənlər “... Rəbbinin yoluna hikmətlə və gözəl nəsihətlə çağır...” (Nəhl Surəsi, 125) bu ayə din əxlaqının gözəlliklərini izah edir, ancaq “Onların hidayətə çatması, sənin üzərində (bir öhdəçilik) deyil. Ancaq Allah, dilədiyini hidayətə çatdırar.” (Bəqərə Surəsi, 272).

Heç vaxtinsanlar üzərində maddi ya da mənəvi təzyiq tətbiq etməzlər. Ya da dünyəvi bir imtiyaz tanınaraq, adamı din əxlaqının tətbiqinə yönəltməzlər. Təbliğlərinə qarşılıq mənfi bir cavab aldıqlarında müsəlmanların verdikləri cavab “Sizin dininiz sizə, mənim dinim mənə.” (Kafirun Surəsi, 6) şəklində olar.

Budünyada Xristian və Yəhudilərlə yanaşı Buddist, Hindli, Ateist, Deist, Bütpərəst kimi fərqli inanclara sahib insan cəmiyyətləri vardır. Belə bir dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdırlar. İnsanları Allahın dininə gözəlliklə, barışla və xoşrəftarla dəvət etmək iman edənlərin üzərinə düşən məsuliyyətdir. Doğruları yerinə yetirib yetirməmək, iman edib etməmək qərarı qarşı tərəfə aiddir. Bir adamı iman etməyə məcbur etmək, bəzi şeyləri məcbur qəbul etdirməyə çalışmaq Quran əxlaqına zidd bir rəftardır.

İnsanların ibadət etməyə məcbur edən bir cəmiyyət modeli İslam dininə tamamilə ziddir. Çünki inanc və ibadət, yalnız Allaha istiqamətli və adamın öz seçimi ilə dəyər daşıyar. Əgər bir sistem insanları inanca və ibadətə məcbur edəcək olsa, bu vəziyyətdə insanlar o sistemdən qorxduqları üçün dindar olarlar. Din baxımından məqbul olan isə, vicdanların tamamilə sərbəst buraxıldığı bir mühitdə Allah rizası üçün din əxlaqının yaşanmasıdır.

Allah günahsız insanların öldürülməsini haram qılmışdır

Bir insanı günahsız yerə öldürmək, Qurana görə ən böyük günahlardan biridir:

Hər kəs bir kimsəni öldürməmiş (bununla da özündən qisas alınmağa yer qoymamış) və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmüş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümdən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara açıq möcüzələr gətirmişdilər. Bundan sonra da onların bir çoxu yer üzündə (küfr, qətl və cinayət etməklə) həddi aşdılar. (Maidə Surəsi, 32)

Yuxarıdakı ayədə göründüyü kimi, günahsız insanları haqsız yerə öldürən kəslər böyük bir əzabla təhdid edilmişlər. Allah tək bir adamı öldürməyin, bütün insanları öldürmək qədər ağır bir günah olduğunu xəbər vermişdir. Allahın sərhədlərini qoruyan bir insanın deyil minlərlə günahsız insanı qətl etmək, tək bir insana belə zərər vermə ehtimalı yoxdur. Dünyada ədalətdən qaçaraq cəzadan xilas olacağını zənn edərlər. Lakin öldükdən sonra, axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan heç vaxt qaça bilməyəcəklər. Bu səbəblə öldükdən sonraAllaha hesab verəcəklərini bilən möminlər Allahın sərhədlərini qorumaqdadırlar.

Allah, möminlərə mərhəmətli olmalarını əmr edər


Ayələrdə müsəlman əxlaqı belə izah edilir:

Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır! Onlar sağ tərəf sahibləridir! (Bələd Surəsi, 17-18)

Allahın, axirət günü qurtuluşa çatanlardan olmaları, rəhmətinə və cənnətinə qovuşa bilmələri üçün qullarına endirdiyi əxlaqın ən əhəmiyyətli xüsusiyyətlərindən biri ayədə göründüyü kimi “mərhəməti bir-birlərinə tövsiyə edənlərdən olmaq”dır.

Həqiqimərhəmətin qaynağı Allah sevgisidir. Adamın Allaha olan sevgisi, Onun yaratdığı varlıqlara qarşı ürəyində bir istilik hiss etməsinə səbəb olar. Allahı sevən insan, Onun yaratdıqlarına qarşı doğrudan bir söhbət və yaxınlıq hiss edər. Özünü və bütün insanları yaradan Rəbbimizə qarşı hiss etdiyi bu güclü sevgi və bağlılıqdan ötəri, Quranda əmr edildiyi kimi insanlara qarşı gözəl əxlaqlı davranar. Bu gözəl əxlaqı yaşaması sayəsində həqiqi mərhəmət ortaya çıxar.

Möminlərin ayələrdə təsvir edilən bu gözəl əxlaqları Allaha olan dərin sevgilərindən irəli gəlir. Bu bağlılıqlarından ötəri də Allahın əmr etdiyi Quran əxlaqını tətbiq edərlər. Möminlər, göstərdikləri mərhəmətdən, etdikləri köməkdən ötrü heç kimi minnət altında buraxmaz və bir təşəkkür qədər belə qarşılıq ümid etməzlər. Onların əsl hədəfləri, yaşadıqları gözəl əxlaqla Allahın razılığını qazana bilməkdir. Çünki onlar, axirət günü bu əxlaqlarından ötəri sorğuya çəkiləcəklərini bilirlər.

Allah xoşsifət və bağışlayıcılığı əmr etmişdir

Quran-i Kərimin Əraf Surəsinin 199-cu ayəsindəki “Sən əfv yolunu mənimsə” sözləri ilə ifadə edilən “bağışlayıcılıq və xoşsifət”anlayışı, İslam dininin təməl qaydalarından birini əmələ gətirir.

İslam tarixinə baxdıqda, müsəlmanların Quran əxlaqının bu əhəmiyyətli xüsusiyyətini ictimai həyata necə keçirdikləri çox açıq bir şəkildə görərik. Müsəlmanlar çatdıqları hər nöqtədə, azad və xoşsifətli bir mühit meydana gətirmişdir. Din, dil və mədəniyyət baxımından bir-birinə zidd olan xalqların eyni dam altında sülh və əmin-amanlıq içərisində yaşamalarını təmin etmiş, özlərinə təbii olanlara sülhvə əmin-amanlıq vermişlər. Böyük bir coğrafiyaya yayılmış olan Osmanlı İmperatorluğunun varlığını əsrlər boyu davam etdirə bilməsindəki ən əhəmiyyətli səbəblərdən biri, İslamın gətirdiyi xoşniyyət və anlayış mühitini yaşanması olmuşdur. Əsrlərdir xoşniyyətli və şəfqətli strukturları ilə tanınmış olan müsəlmanlar, hər vaxt dövrlərinin ən mərhəmətli və ən ədalətli şəxsləri olmuşlar. Bu çox millətli quruluş içərisindəki bütün etnik qruplar, mənsubu olduqları dinləri azad şəkildə yaşamışlar, hətta öz dinlərinin hüququna görə haqlarına sahib olmuşlar.

Bütün bunlar, İslamın insanlara məsləhət gördüyüəxlaq xüsusiyyətlərinin, dünyaya sülh, dinclik və ədalət gətirəcək ərdəmlər olduğunu göstərmişdir. İndidünya gündəliyindəolan və adına “terror” deyilən barbarlıq isə, Quran əxlaqından tamamilə uzaq, cahil və fanatik insanların,həqiqətdə isə dinlə heç bir əlaqəsi olmayan canilərin əsəridir. İşlədikləri vəhşilikləri hansı olursa olsun din adıaltında icra etməyə çalışan bu adam və qruplara qarşı tətbiq olunacaq mədəni həll, həqiqi İslam əxlaqının insanlara öyrədilməsidir. Başqa bir deyişlə, İslam dini və Quran əxlaqı, terrorizmin və terroristlərin dəstəkləyicisi deyil, yer üzünü terrorizm bəlasından qurtaracaq çarədir.


Tarix: 24.11.2014 / 12:44 Müəllif: Aziza Baxılıb: 151 Bölmə: Maraqlı melumatlar
loading...