Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əfəndimizin insanlarla münasibəti

İnsanlığa ən gözəl nümunə olan Əfəndimiz həyatın hər sahəsində olduğu kimi,ictimai həyatda əlaqələrdə də bir "Üsveyi-hasənə" yəni (ən gözəl nümunə) idi.Hz.Peyğəmbər Əfəndimiz (s.a.v.) təklif edəcəyi hər mövzunu əvvəlcə özü şəxsən həyatına tətbiq etmişdir.Eyni zamanda Allahın razı olduğu həyat tərzini insanlara öyrətmək mövzusunu da əsla ehmal etməmişdir.

Peyğəmbərimiz insanlara çox dəyər verər,insanlarla iç-içə yaşayar,sıravi bir insan kimi həyatını devam etdirərdi.İnsanlarla qarşılaşdığı zaman ilk salam verən özü olardı;müsafihə yəni (əl verib görüşmə),hal əhval tutardı.Deyilənləri diqqətlə dinləyər,həmsöhbəti sözünü bitirmədikcə üzünü ondan çevirməzdi.Ənəs b. Malik Peyğəmbərimizin bu xüsusiyyətini belə ifadə edir: "Hz.Peyğəmbər biri ilə qarşılaşıb danışmağa başlayınca,o şəxs üzünü çevirmədikcə əsla üzünü çevirməzdi.Biri ilə qarşılaşıb əlini tutunca,həmin adam əlini buraxmadıqca əlini çəkməzdi.Səhabələri ilə oturarkən ayaqlarını qəti uzatmazdı".

Peyğəmbərimiz,insana hər şeydən əvvəl insan olduğu üçün dəyər verərdi.Bunun ən gözəl nümunələrindən biri bu şəkildə rəvayət edilir:Bir gün Əfəndimiz səhabədən bir qrupla oturarkən yanlarından bir cenazə keçmiş və Əfəndimiz (s.a.v.) cənazəni görüncə ayağa qalxmışdı.Yanındakılar onun bir musəlman cənazəsi olmadığını,Yəhudi cənazəsi olduğunu söyləyərək,ayağa qalxmağa ehtiyac olmadığını bildirmişdi.Bunun qarşılığında Hz.Peyğəmbərimiz (s.a.v.): "Müsəlman deyilsə,insan da deyilmi?" cəvabını vermişdi.

O,insana verdiyi əhəmiyyətin bir göstəricisi olaraq , ölülərin arxasınca pis söz danışmağı və qəbirlərin üzərinə oturmağı qadağan etmişdir.

Əfəndimiz (s.a.v.) səhabələrinin dərdləriylə maraqlanar,onlarla olan əlaqəsini kəsməzdi.Ümumi məsələlərlə yanaşı xırda məsələlərə də laqeyd yanaşmamış və insanların ən kiçik dərdləri ilə də maraqlanmışdır.

Hz.Peyğəmbərimiz (s.a.v.) özü Müsəlmanların dərdləriylə maraqlandığı kimi,Müsəlmanlara da bunu tövsiyə etmişdir.Bu mövzuda belə buyurmuşdur: "Kim bir Müsəlmanın dünyadakı sıxıntılarından birini aradan qaldırsa,Allah (c.c) da onu qiyamət günü çətinliklərindən birini aradan qaldırar".

Peyğəmbər əfəndimiz (s.a.v.) daima təbəssüm edər və gülərüz olardı.O heç vaxt qəhqəhə çəkib gülməmişdi.Onun gülüşü,təbəssüm şəklində olmuşdu.Mövzu ilə əlaqədar Cərir b. Abdullah buyurmuşdur: "Rəsulullah (s.a.v.), müsəlman olduğum gündən bəri yanına girməyimə əngəl olmadı.Məni görüb,üzümə təbəssüm etmədiyi an da olmadı."

Rəsulullah (s.a.v.), özü gülər üzlü olduğu kimi, səhabələrini də belə olmağa təşviq etmişdir: "Qardaşının üzünə gülümsədiyinə görə sənə sədəqə düşər", "Heç bir yaxşılığı dəyərsiz hesb etmə.Hətta qardaşını gülər üzlə qarşılamağı belə"

Əziz müsəlmanlar sizdə bunu belə qəbul edib,gülər üzlü olmağı heç vaxt ihmal etməyin.Gülər üzlü olun ki,Allah (c.c) da sizə mərhəmətli olsun.Allahın mərhəməti üzərimizə olsun.Amin!


Tarix: 27.11.2014 / 14:25 Müəllif: Aziza Baxılıb: 38 Bölmə: Maraqlı melumatlar
loading...