Zülmün 3 növü
İmam Əlidən (ə) nəql edilən hədisdə zülmün belə təsnifatı verilir: "Bilin ki, zülm üç növdür: heç vaxt bağışlanmayan zülm, sorğu-suala çəkilən zülm, bağışlanan və sorğu-sualı olmayan zülm. Heç vaxt bağışlanmayan zülm - Allaha şərik qoşmaqdır... Bağışlanan zülm, bəndənin bəzi kiçik günahlar etməklə özünə rəva bildiyi zülmdür. Nəhayət, sorğu-suala çəkilən zülm - bəndələrin bir-birinə etdikləri zülmdür».
Bəndə yayranmayıb zülm edə. Bəndə yaranmayıb günah edə. Bəndə yaranmyıb haram iş görə. Bəndə yaranmayıb Allahdan uzaq düşmək üçün. Bəndə yaranıb Allah bəndəsi olmaq üçün. İndi o insan ki, Allah bəndəsi olmur, özü özünə zülm edir.
Zülm nədir? Hər bir şeyin öz yerində olmaması. İnsan yaranmışdır adam ola, insan yaranmışdır Qurana əməl edə. İnsan yaranmışdır halallar edə, müstəhəblər edə. O insan ki, haram tərəfə gedər - zülm etmişdir. Amma bunlar elə bir şeydir ki, Allahla bəndə arasındadır. Bunlar bağışlanandır. Bunlardan tövbə edəndə, peşman olub, bu əməllərə qayıtmayanda, bağışlanır insan. Amma şirk etmək - Allahla bərabər kimisə pərəstiş etmək, kiməsə sitayiş etməkdir. Allaha şərik qoşmaq - təkcə daçdan, taxtadan düzəldilən bütə tapınmaq deyil. Mümkündür ki, insan özü kimisinə tapına, Allahın dediyinə yox, özü kimisinin dediyinə əməl edə. Bunların işi çox çətindir. Bunlara bağışlanmamaq mesajı verilib.
Amma üçüncüsü budur ki, insanların hüquqlarını pozasan. Bu o zülmlərdəndir ki, bunların sorğu-sualı ağır olur. İnsanlarla halallaşmayanadək, Allah bağışlamır belə zülm edəni. Allah bizi belə aqibətdən qorusun. Uca Allah bizi zülmün və zülm etməyin hər formasından amanda saxlasın, inşaallah
Tarix: 03.12.2014 / 15:52 Müəllif: Aziza Baxılıb: 52 Bölmə: Maraqlı melumatlar