Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitablara İman

Kitablar – əl-KUTUB ləfzindən toplamaq və bir-birinə qatmaq mənasında gələn əl-KƏTBDƏN gəlməkdədir. Kitabların cəmi, yazılmış deməkdir. Kitablardan qəsd səmadan Allahın rəsullarına endirilmiş kitablardır. Bizim bu kitablardan bildiklərimiz İbrahim – əleyhissəlam – ın səhifələri, Musa – əleyhissəlam – a lövhələrdə endirmiş olduğu Tövrat, İsa – əleyhissəlam – a endirilmiş olan İncil, Davud – əleyhissəlam – a endirilmiş olan Zəbur və son olaraq nazil olan əvvəlkiləri doğrula-yan Qurani-Kərimdir.

Bizlər Allah – subhənəhu və təalə – nin bunlardan başqa peyğəmbərlərinə endirilmiş olduğu başqa kitabların olduğuna da iman edirik. Bunların ad və saylarını Allahdan başqa heç kəs bilməz. «Ey möminlər! Allaha və Peyğəmbərinə, onun öz Peyğəmbərinə endirdiyi kitaba (Qurana) və ondan əvvəl nazil etdiyi kitablara iman gətirin!». (ən-Nisa 136).
Bizlər Allahın peyğəmbərlərinə endirmiş olan kitabların Allah tərəfindən gəldiyinə, onların haqq olduqlarına, bir hidayət, bir nur, bir bəyan və bir şəfa olduqlarına iman edirik. (Ey möminlər!) Belə deyin: «Biz Allaha, bizə nazil olan Qurana, İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən bütün Peyğəmbərlərə verilən şeylərə iman etdik. Onların heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanıq». (əl-Bəqərə 136). «Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy göndərdik. Biz Davuda Zəburu verdik». (ən-Nisa 163). «İbrahimin və Musanın səhifələrində». (əl-Əla 19). «Bundan əvvəl insanları doğru yola yönəltmək üçün Tövratı və İncili də (səmadan) o, endirdi. (Haqqı nahaqdan ayırd edən) Furqanı (Quranı) da o nazil etdi». (Ali İmran 3-4).
Allah kitabları Rəsullarına insanları hidayətə yönəltmək, onları zülmətdən nura çıxartmaq üçün endirmiş olduğuna iman gətirməliyik. «Əlif, Ləm, Ra! Bu Quran elə bir kitabdır ki, onu sənə insanları öz Rəbbinin izni ilə zülmətdən nura, həm də yenilməz qüvvət sahibi və hər cür tərifə, şükrə layiq olan Allahın yoluna (İslam dininə) çıxartmaq üçün nazil etmişik». (İbrahim 1).
Bu kitablardan bəziləri Allahdan, arada elçi, mələk olmadan pərdə arxasından endirlimiş, kimisini də mələk olan elçi, insan olan elçiyə təbliğ etmiş, kimisini də Allah öz əli ilə yazmışdı. «Allah onlarda ancaq vəhylə, yaxud (Musa ilə) pərdə arxasından danışar və ya bir elçi (mələk) göndərər, o da Allahın izni ilə Allahın istədiyini vəhy edər». (əş-Şura 51). «Allah Musa ilə sözlə (arada heç bir vasitə olmadan) danışdı». (ən-Nisa 164). Peyğəmbər – sallallahu aleyhi və səlləm- buyurdu: «Sənin üçün lövhələrdə hər şeyi çəkdi və sənin üçün Tövratı öz əli ilə yazdı».
Qurana iman etməyə gəlincə, bu da onu iqrar və qəbul etmək, içindəki hökmlərə tabe olmaqdır. Qurandan başqa Allahın göndərdiyi digər kitabları qoruya bilmədilər. Onlara haqqıyla riayət etmədilər, kitablarda bir çox dəyişikliklər və yeniliklər etdilər. «Halbuki (Musa dövründə) olanların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər». (əl-Bəqərə 75).
Buna görə də bütün kitablar Qurani-Kərimin endirliməsi ilə nəsx edilmiş oldular. Digər tərəfdən əvvəlki kitabların qorunması insanlara həvalə edilmişdisə, Qurani-Kərimin qorunmasını isə Allah öz üzərinə götürmüşdür. Bu kitab nə nəsx edilir, nə də dəyişdirilir. Allah dünyadan qaldırdığı günə qədər onu hər cür dəyişikliklərdən, batildən qoruyur. «Şübhəsiz ki, Quranı biz nazil etdik və sözsüz ki, biz də onu (hər cür təhrif, artırıb-əskiltmədən) qoruyub saxlayacağıq». (əl-Hicr 9). «Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. O, hikmət sahibi və şükrə tərifə layiq Allah tərəfindən endirilmişdi». (Fussilət 42).
Bu baxımdan da hər bir kəs Qurani-Kərimin hökmlərinə tabe olmalı, boyun əyməli və ona iman etməlidir. Çünki bu kitab özündən əvvəlki kitabları doğrulayan, onlarda olan dəyişiklikləri və təhrifləri bəyan edən bir kitabdır. «Biz sənə Quranı haqq olaraq, özündən əvvəlki kitabı (bütün ilahi kitabları) təsdiq edən və onu qoruyan (və ya onların doğruluğuna şahid) kimi endirdik. (əl-Maidə 48). «Quran uydurma bir söz deyildir. Ancaq özündən əvvəlki (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökümlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət və mərhəmətdir». (Yusif 111). Təfsir alimləri qeyd edirlər ki, MUHEYMİN – ləfzi özündən əvvəlki kitablara qarşı bir şahid və onları doğrulayan mənasındadır. Yəni Qurani-Kərim bu kitablarda olan doğru xəbərləri təsdiq edərkən, bu kitablarda ortaya çıxan təhrifləri, dəyişiklikləri qəbul etməz. Ömər – radıyallahu anhu – deyir ki, mən Tövratın bir neçə hissəsini tapmışdım və Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə orada yazılan hökmləri göstərdim. Onun mənim bu əməlimdən bərk qəzəbləndiyini gördükdə qorxuya düşdüm ki, nə isə deyər və dərhal dedim: «Rəbb olaraq Allahdan, din olaraq İslamdan, Nəbi olaraq Məhəmməd – sallallahu aleyhi və səlləm – dən razı oldum» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Vallahi Musa – əleyhissəlam – sağ olsaydı o damənim dinimə tabe olardı».
Bəs biz müsəlmanlar, başqa kitablarda olan məlumatlara necə münasibət bəsləməliyik.
1. Quran və Sünnəyə uyğun gələni qəbul edir.
2. Quran və Sünnəyə zidd olanları inkar edir.
3. Nə ziddir, nə də uyğun – bunları da inkar edir, nə də təsdiq edirik. Bunlar İsrailiyyat adlanır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Məndən heç olmasa bir ayə belə insanlara çatdırın. Yəhudilərdən də danışın və bunda heç bir günah yoxdur. Kim bilə-bilə mənim adımdan yalan danışsa keçib Cəhənnəmdə yerini tutsun».
Qurani – Kərim aləmlərin Rəbbinin kəlamı, onun kitabı, səmavi kitabların sonuncusu və sağlam ipidir. Allah onu Abdullahın oğlu Məhəmmədə insanları zülmətdən nura çıxartmaq, doğru yola və Siratal- Mustəqimə yönəltmək üçün endirmişdi. Həmçinin Peyğəmbər – sallallahu aleyhi və səlləm – bütün insanlara və bütün cinlərə onlara endirilmişi açıqlasın deyə göndərilmişdir. «Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndərilən izah edəsən və bəlkə onlar da düşünüb dərk edərlər». (ən-Nəhl 44). «Biz Quranı sənə hər şeyi izah etmək üçün, müsəlmanlara da bir hidayət, mərhəmət və müjdə olaraq nazil etdik». (ən-Nəhl 89).
Qurani-Kərim Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə bir başa endirilməmiş-dir. İyirmi üç il ərzində hissə-hissə endirilmişdi. «Biz Quranı haqq olaraq nazil etdik, o dahaqq olaraq (heç bir dəyişikliyə uğramadan) nazil oldu. İnsanlara aramla, yavaş-yavaş oxuyasan deyə, biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik». (əl-İsra 106).
Qurani-Kərimdə 114 surə vardır. Bunlardan 87-si Məkkədə, 27-si isə Mədinədə nazil edilmişdi. Məkkədə nazil olan surələrə Məkkə surələri, Mədinədə nazil olan surələrə isə Mədinə surələri adlanır. Ümumi olaraq 114 surə, 6236 ayə vardır. QURAN – qiraət etmək, oxumaq deməkdir. KƏRİM – Allahın bizə məlum olan 99-z adından biridir. Səxavətli, kəramətli deməkdir. AYƏ – açıq əlamət, dəlil, işarə, ibrət deməkdir. İlk nazil olan ayə əl-Ələq surəsini ilk 5 ayəsidir. SURƏ – yüksək rütbə, şərəf deməkdir.
Qurani – Kərimdə ayələr üç qismə bölünür.
1. Xəbərlər (yəni hekayələr).
2. Hökmlər (şəriət qaydaları).
3. Əqidə (Tövhid).
Hər bir müsəlmanın üzərində Allahın haqqıdır ki, Qurani – Kərimi öyrənsin, öyrəndik
dən sonra başqalarına öyrətsin və ona səmimi qəlbdən sarılsın. «Bu nazil etdiyimiz mübarək bir kitabdır. Ona tabe olun ki, bəlkə sizə rəhm olunsun». (əl-Ənam 155). «Rəbbinizdən sizə nazil edilən Qurana tabe olun. Allahı qoyub başqa havadarlara uymayın. Siz öyüd- nəsihətə olduqca az qulaq asırsınız». (əl-Əraf 3). Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Allahın kitabını götürün və ona səmimi qəlbdən sarılın». Osman – radıyallahu anhu – deyir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Sizin ən xeyirliniz Quranı öyrənən və onu öyrədəndir».
Qurani – Kərimə səmimi qəlbdən sarılmaq nə deməkdir?
Kitabı əzbərləmək, oxumaq, gecə-gündüz namazlarda oxumaq, ayələri üzərində düşünmək, halalı halal, haramı haram qəbul etmək, əmrlərinə bağlanmaq, qadağalardan uzaq durmaq, verdiyi nəsihətlərdən ibrət almaq, buyurduqlarına əməl etmək, mutəşabih buyurduqlarına təslimiyyət göstərmək, onun hüdudlarını aşmamaq, bu kitaba nəsihətçi olmaq (buyurduqlarını səmimiyyətlə yerinə yetirmək) və ona dəvət etməkdir. Buna görə də Əhli Sünnə vəl Cəmaat Qurani – Kərimin hərf və mənaları ilə Allahın kəlamı olduğuna, ondan gəlib ona dönəcəyinə, Allah tərəfindən endirilmiş olub, məxluq olmadığına, Allahın kəlamı olduğuna iman edirlər. Bu kitab sonsuz hikmət sahibi (HAKİM) hər şeydən xəbərdar (XABİR) olan Allah tərəfindən endirilmişdir.


Tarix: 08.05.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 330 Bölmə: Maraqlı melumatlar
loading...