Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

*Allahin Rehminden Umudunu Uzme*

Hz. Peyğəmbərimiz (s.a.v) əmisi Hz. Həmzəni şəhid edərək onu dərin bir kədərə qərq edən Vəhşini İslama dəvət etmk üçün əshabından bir nəfər göndərdi. Vəhşi Peyğəmbərimizə (s.a.v) cavab olaraq: - "Ya Məhəmməd! Sən, “Onlar ALLAHla yanaşı başqa tanrıya yalvarmaz, ALLAHın haram etdiyi cana haqsız yerə qıymaz və zina etməzlər. Bunu edən kimsə cəzalandırılar. Qiyamət günü onun əzabı qat-qat artırılar və onun içində zəlil olub əbədi qalar.” (Furqan surəsi, 68-69) deyərək ALLAHın hökmünü bəyan etdiyin halda, necə olur ki, məni İslama dəvət edirsən? Mən bu günahların hamısını etdim. Mənim üçün hansı qurtuluş yolu ola bilər ki?" -dedi. ALLAH-Təala: "Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. ALLAH onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. ALLAH Bağışlayandır, Rəhmlidir!" (Furqan surəsi, 70) ayəsini nazil etdi. Vəhşi belə xəbər göndərdi: -"Ya Məhəmməd, bu çox ağır bir şərtdir. Tövbə etmək, iman gətirmək və saleh əməllər etmək... Bəlkə mənim bunlara gücüm yetmədi?" Bunun ardınca ALLAH-Təala: "Şübhəsiz ki, ALLAH Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa (günahları) isə dilədiyi kimsəyə bağışlayar. ALLAHa şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur." (Nisa surəsi, 48) Hz. Peyğəmbər (s.a.v) bu ayəni ona göndərdiyində bu dəfə Vəhşi: -"Ya Məhəmməd əfv etmək, bağışlamaq ALLAHa məxsusdur. Məni əfv edərmi, etməzmi bilmirəm. Bundan başqa bir şey varmı? Deyə xəbər göndərdi." Bundan sonra ALLAH: "(Qullarıma mənim bu sözümü) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! ALLAHın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, ALLAH bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir!” (Zumər surəsi, 53) Elçinin bir neçə dəfə gəlib getməsindən sonra nəhayət Vəhşi son ayədəki müjdəyə sevindi və qəlbi rahatladı. Rəhmətin nə qədər böyükdür, ya RƏBBim! Deyərək Tövbeyi-nasuh (bir daha tövbəsindən dönməyəcək) ilə səmimi bir şəkildə tövbə edərək müsəlman oldu.. Uca ALLAH həqiqətən də bizlərə- həddlərini aşmış qullarına qarşı nə qədər mərhəmətlidir.. Bütün işlərimizin əvvəlində dediyimiz Bismillah və namazlarda oxuduğumuz Fatihə ALLAHın mərhəmət vəsfini hər an xatırladır.. Elə isə zaman itirməyək, bir daha günahlarımıza qayıtmamaq şərtilə tövbə edək, inşaALLAH..


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar
loading...