Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mələklərin xüsusiyyətləri və vəzifələri..

Mələklər nurani varlıqlardır, digər varlıqlarda olmayan bəzi xüsusiyyətlərə malikdirlər. Allah mələkləri nurdan yaratmışdır. Erkəyi dişisi olmur, evlənmir, yemir, içmir, artmırlar. Mələklər gözlə görünmürlər. Bunun səbəbi onların görünməzliyi deyil, yalnız gözümüzün onları görmək qabiliyyətinə malik olmamasıdır.
Mələklər son dərəcə qüvvətli və sürətli varlıqlardır. Quranın təfsirlərində göstərilir ki, mələklər qeyb məsələlərini bilmirlər. Kimin nə vaxt öləcəyini, insanın nə düşündüyünü, gördüyünü, işin hansı niyyətlə edildiyini bilmirlər. Bunları Allah bilir. Allah onları bir şeyi başa salanda, bilirlər. Məsələn, əcəli çatan və ölməli olan adam barəsində Əzrailə xəbər verilir. Cəbrail mələklərin ən üstünü və ən böyüyüdür.Ən mühüm vəzifəsi Allah ilə peyğəmbərlər arasında elçilik etməktir. Allah əmr və kitablarını peyğəmbərlərə Cəbrail ilə göndərmişdir. MİKAİL təbiət hadisələrini idarə edir. İSRAFİLİN vəzifəsi sur adlanan bir vasitə ilə qiyamət gününün və insanların öldükdən sonra yenidən diriləcəyi zaman məhşər gününün gəldiyini xəbər verməktir. ƏZRAİLİN vəzifəsi ölüm anında canlıların ruhunu almaqdır buna qəbzi-ruh deyilir. RİZVAN cənnətdəki mələklərin başçısıdır. Malik cəhənnəmdə əzab verən mələklərin başçısıdır. HƏFƏZƏ (QORUYUCU) MƏLƏKLƏR. Bu iki mələkdən biri insanın sağında, digəri isə solunda olur. Sağdakı mələk yaxşı iş və davranışları soldakı isə pis iş və davranışları yazmaqla məşğuldur. NƏKİR VƏ MÜNKƏR. Bu iki mələk ölümdən sonra qəbrdə insanı bu dünyada gördüyü işlər barəsində sorğu-suala çəkirlər. Mələklər gözəl qoxulardan, Allahın zikir edilməsindən, Quranın oxunmasından, elm öyrənmək üçün insanların bir yerə toplanmasından xoşlanırlar.


Tarix: 03.12.2014 / 15:48 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqlı melumatlar
loading...