Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bərəkət...

Bir gün Musa əleyhissəlam bir kənddə var- dövləti və səxavəti ilə ad çıxarmış bir adama rast gəlir. Həmin şəxs də onu evinə dəvət edir. Oturub şirin- şirin söhbət edirlər. Söhbət əsnasında həmin şəxs deyir :

-Malım, dövlətim başımdan aşır. Özüm çox can atmasam da Allah var- dövləti başımdan yağdırır. Qorxuram ki, bu nemətlərin şükrünü edə bilməyim. Həm də mal dövlətim o qədərdir ki, qorxuram onlarla məşğul olmaqdan ibadətə vaxtım qalmaya. Bu qədər var- dövlət Allaha qarşı ibadətimi azalda bilər. Mənə bir məsləhət verin. Neyləyim ki, var- dövlətim getdikcə azalsın?

Həzrəti Musa deyir:
— Sən belə elə. Yavan çörəyi əlinə al, küçədə gəzə- gəzə ye.
Adam Həzrəti Musanın bu təklifini qəbul edir. Aradan bir xeyli müddət keçir. Həzrəti Musanın yolu yenə bu kənddən düşür. Gəlib həmin adamı tapır və vəziyyəti soruşur. Adam deyir :
— Siz mənə məsləhət verib getdiz. Mən də sizin dediyiniz kimi etdim. Amma Allah təala siz gələnə qədər birə beş verirdisə, siz gedəndən sonra birə on verdi. Var- dövlətim azalmadı, əksinə artdı.
Həzrəti Musa deyir :
— Hələ bir göstər görüm necə yeyirsən?
Adam gedib ətəklik gətirir. Səliqə ilə boynuna bağlayır. Beləcə tökülən çörək qırıntıları da yerə düşmürdü. Sonra o qırıntıları da ətəkdən yığıb yeyir. Bu hadisəni görən Həzrəti Musa ucadan gülür və deyir :
— Mən məsləhəti verəndə düşünmüşdüm ki, sən gəzə- gəzə yeyəndə qırıntılar yerə dağılacaq, onunla da sənin evinin bərəkəti gedəcək. Amma mən hardan biləydim ki, sən çörəyin tozunu da yerə tökməyəcəksən. Evinin bərəkəti də elə buna görə artır.


Tarix: 03.06.2013 / 20:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar
loading...