Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Meherremliy Haqda Hedis.

Həzrət Fatimə (s.ə) imam Hüseynə (ə) hamilə
olduğu vaxt imamın şəhadəti və Kərbəla
hadisəsi bilinirdi. Təvəllüd gecəsi imam
Hüseynin (ə) pak vücudu həzrət Peyğəmbərə
(s) veriləndə o həzrət ilk öncə bu uşağın
Kərbəlada şəhadətindən və Aşura
hadisəsindən danışdı. Peyğəmbər (s) öz
həyatı boyunca Kərbəla hadisəsini tez-tez
xatırlamışdır. Bu rəvayətlər bəzən Ümmü-
Sələmədən, bəzən Aişə də daxil olmaqla
Peyğəmbərin (s) digər xanımlarından nəql
olunmuşdur.
Nəql edirlər ki, həzrət Peyğəmbər (s) Hüseyni
(ə) öpən vaxt buyurdu: “İndi Cəbrail mənim
yanımdadır və deyir ki, bu övladın şəhadətə
çatar; belə bir qətl bəşər tarixində
görünməmişdir və onun köməkçiləri də
şəhid olar. Cəbrail hətta Hüseynin (ə) şəhid
olacağı yerin torpağını mənə göstərdi.”
Rəvayətlərdə nəql olunur ki, həzrət
Peyğəmbər (s) zövcəsi Ümmü-Sələməyə bu
torpaqdan bir ovuc verib buyurdu: “Nə vaxt
bu torpaq qana dönsə, bil ki, Hüseyn şəhid
olmuşdur.”
Peyğəmbərdən (s) soruşurlar ki, bu körpənin
nə üçün boğazından və sinəsindən
öpürsən? Həzrət (s) buyurur: “Mən qılınc
yerlərini öpürəm.” (“Bihar”, c. 44, s. 261) Bu
nöqtələr sünnə əhli tərəfindən də nəql
olunmuşdur.
Bu sözlərin arxasında hansı sirr dayanır?
Peyğəmbəri (s) bu xəbərin təkrarına vadar
edən onun sevgisi idimi? Əgər Peyğəmbəri
(s) bu təkrarlara sövq edən yalnız daxili
hisslər idisə, nə üçün daha fəzilətli Əmirəl-
mömininin (ə) mehrabda şəhadəti haqqında
danışılmırdı? Nə üçün Peyğəmbər (s) tez-tez
Əlinin (ə) şəhadətini yada salmırdı?!
Əmirəl-mömininin (ə) şəhadət xəbəri həzrət
Peyğəmbərdən (s) iki dəfə nəql olunmuşdur.
(“Əmali-Səduq”, s. 93: “Əl-məclisul-işrun”) Bu
xəbərlərdən biri şəban ayının sonundakı
cümə xütbəsinə təsadüf edir. Bu xütbədə
ramazan ayı vəsf olunur. Həmin məclisdə
həzrət Əli (ə) ayağa qalxıb Peyğəmbərdən (s)
soruşur: “Bu ayda hansı əməl daha
fəzilətlidir?” Həzrət Peyğəmbər (s) buyurur:
“Günahdan pəhriz.” Sonra Peyğəmbər (s)
sözünə belə davam edir: “Sanki bu ayda
səcdə halında ikən başının qanının saqqalını
boyayacağını görürəm.”
Amma Peyğəmbər (s) imam Hüseynin (ə)
şəhadəti haqqında hətta ömrünün son
saatlarında da danışır. O buyurur: “Uşaqları
gətirin, onlarla vidalaşım.” İmam Hüseyni (ə)
Peyğəmbərin (s) sinəsi üstünə qoyurlar.
Həzrət Peyğəmbər (s) buyurur: “Ya Əba
Əbdillah, Əzizun-Ələyy.” Sonra isə ağlayır.
(“Bihar”, c. 44, s. 251) İbn Abbasdan nəql
olunan digər bir rəvayətdə deyilir. Həmin
vaxt Peyğəmbər (s) buyurdu: “Allah Yəzidə
lənət etsin.” Sonra Peyğəmbər (s) huşunu
itirir. Özünə gəldikdə gözü yaşlı halda
Hüseyni öpüb buyurur: “Ey Əba-Əbdillah,
mənim üçün çətindir! Bizim Bəni-üməyyə,
Yezid ibn Müaviyə ilə nə işimiz
var?!” (“Bihar”, c. 44, s. 266)
Bəzi rəvayətlərdə imam Hüseynin
Peyğəmbərin (s) çiynində, bəzi rəvayətlərdə
isə dizi üstündə oturduğu bildirilir. (“Bihar”,
c. 44, s. 229) Digər bir rəvayətdə nəql olunur
ki, Hüseyn (ə) Peyğəmbərin (s) başı
üstündən keçirdi və Peyğəmbər (s) onu
öpürdü. (“Bihar”, c. 44, s. 234) Peyğəmbər
(s) buyurur: “Cəbrail mənə xəbər verdi ki,
mənim bu övladım şəhid olar. O dedi ki,
əgər istəsəm, Hüseynin (ə) şəhid olacağı
yeri mənə göstərər.” Ümmü-Sələmə deyir:
“Sonra Peyğəmbər (s) mənə bir ovuc qırmızı
torpaq verib buyurdu: “Bu Kərbəla
torpağıdır. Onu saxla. Bu torpağın qana
çevriləcəyi gün bil ki, övladım şəhid
olmuşdur.”
Bu sayaq həqiqətlər Qurani-Kərimdə də zikr
olunmuşdur. Yusif öz qardaşlarına deyir: “Bu
köynəyi aparın və atamın üzünə sürtün...
Onun gözləri açılar.” (“Yusuf”, 93)
Bu xəbər təbabət qanunları ilə uyğun
gəlirmi? Amma bunu inkar edən kafirdir.
Çünki bu həqiqəti Quran bəyan etmişdir. Biz
hər sözü təcrübi elmlər prizmasından
dəyərləndirə bilmərik. Bir çox məsələlər qeyb
və batin aləminə aiddir. Bu həqiqətlər maddi
meyarlarla təsdiqlənməsə də, bir həqiqətdir.
Həzrət Zəhra haqqında qeyd edilir ki, məsələ
ata və övlad hisslərindən qaynaqlanır.
Burada da məsələ Siddiqeyi-Kübrada olduğu
kimi, səmavi bir məsələdir. İslam cəmiyyətinə
bildirilməlidir ki, qarşıda Hüseynin başına
gələcək hadisə mühüm bir hadisədir və
müsəlmanlar ona biganə qalmamalıdır.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 498 Bölmə: Maraqlı melumatlar
loading...