Qurani kərimdə müxtəlif surələrdə qırmızı, sarı, yaşıl və qara rənglər qeyd olunmuşdur. Bundan başqa rənglər və onların xüsusiyyət və faydaları barəsində çoxlu sayda məlumat vardır.
Bu araşdırmada İslamın simvolu olan yaşıl rəngə verilən önəm üzərində dayanırıq.
Bundan başqa Qurani kərim cənnətlilərin paltarının rənginin yaşıl rəngdə olduğunu buyurur.
Quran cənnətdəkilərin yaşıl rəngli taxta söykənddiklərini bildirir.
Yaşıl rəng Qurani kərimdə təbiə rəngi, canlılıq rəmzi və firavanlıq simvolu kimi qələmə verilir.
Rəvayətlərdə Peyğəmbər (s) və İmamların (ə) yaşıl rəngdə əmmamə qoyduqlarını və paltar geyindikləri dəfələrlə buyurulmuşdur.
İmam Sadiq (ə) qara rəngin cəhənnəmdəkilərin paltarlarının rəngi olduğunu buyurmuşdur.
Rəvayətlərdə Peyğəmbərın (s) yaşıl rəngli paltarlardan xoşu gəldiyi buyurulur.
İmam Sadiqin (ə) yaşıl rəng paltar geyindiyi qeyd edilmişdir.
İmamlardan (ə) nəql olunur ki, yaşıl rəng fikr və düşüncəni qüvvətləndirir.
Bunlardan əlavə tarixdə qeyd olunmuşdur ki, Abbasi xəlifələrinin dövründə onların bayraq və paltarları qara olmuşdur. İmam Sadiq (ə) buyurur: Allah Peyğəmbərlərə vəhy vasitəsilə bildirmişdir ki, Allahın düşmənlərinin geydikləri paltarları geyinməsinlər və onların yediyi yeməklərdən yeməsinlər və s. Şeyx Səduq bu xəbəri nəql edərək bildirir ki, Allahın düşmənlərinin paltarları dedikdə qara paltar nəzərdə tutulur.
İmam Rzanın (ə) və şiələrin paltar və simvolları yaşıl rəng olmuşdur. Elə bu vaxtdan da islamın simvolu kimi yaşıl rəng qalmışdır.
Bütün bu deyilənlərdən nəticə çıxartmaq olar ki, İslam xoşbəxtlik, səadət və hidayət dini olduğundan ona yalnız cənnət və təbiətin rəngi yaraşar. Cəhənnəmdəkilərin və ya Allahın düşmənlərinin rəngi ( yəni qara) deyil.
Tarix: 03.12.2014 / 15:22 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar