Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

O,bu hereketi ile meni sarsitdi.

Aişə (radıyAllahu anhə) soruşdu: — Sizə Peyğəmbərdən və özümdən danışımmı? Biz: Bəli!- dedik. Aişə (radıyAllahu anhə) buyurdu: — Peyğəmbər (sallAllahu aleyhi və səlləm) mənim növbəm olan gecə yanıma gəldi. Gələn kimi də çiyninə atdığı yun parçanı yerə qoydu, ayaqqabılarını çıxarıb ayaqlarının yanına qoydu. İzarının bir tərəfini açıb döşəyin üstünə sərərək uzandı. Sonra, mənim yuxuya gedəcəyimi zənn etdiyi ana qədər gözləyərək, sakitcə libasını götürdü. Qapını yavaşca açaraq evdən çıxdı və onu sakitcə örtdü. Paltarımı başımdan keçirərək büründüm, izarımı da geyinib onun ardınca getdim.
O,bu hereketi ile meni sarsitdi.

Nəhayət, Peyğəmbər (sallAllahu aleyhi və səlləm) Bəqi qəbristanlığına çatdı. Ayaq üstə bir xeyli duraraq əllərini üç dəfə yuxarı qaldırdı. Sonra geriyə döndü və mən də döndüm. O, (sallAllahu aleyhi və səlləm) sürətlə gedirdi, bu səbəbdən mən də surəti artırdım. Sonra Peyğəmbər (sallAllahu aleyhi və səlləm) qaçmağa başladı, mən də qaçdım. Nəhayət, mən onu ötüb evə girdim. Mən yatana yaxın O (sallAllahu aleyhi və səlləm) da evə daxil oldu və məndən soruşdu: — Yə Aişə, nə olub, tənginəfəssən? Mən dedim: — Bir şey olmayıb! Rasulullah (sallAllahu aleyhi və səlləm) dedi: — Nə olduğunu mənə xəbər ver, onsuzda Lütfkar və Xəbərverən Allah mənə xəbər verəcəkdir! Mən: — Yə Rasulullah! Atam-anam sənə fəda olsun! –dedim və əhvalatı ona danışdım. Rasulullah (sallAllahu aleyhi və səlləm) soruşdu: — Qarşımda gördüyüm insan qaraltısı sən idinmi? Mən dedim: — Bəli! Buna görə Peyğəmbər (sallAllahu aleyhi və səlləm) məni köksümdən bir dəfə itələdi və bu hərəkəti ilə məni sarsıtdı. Sonra soruşdu: — Allah və Peyğəmbərinin sənə zülm edəcəyinimi zənn etdin? Mən dedim: — Bəli! Sonra soruşdum: — İnsanların gizlətdiyi hər şeyi Allah bilirmi?- Rasulullah (sallAllahu aleyhi və səlləm) buyurdu: — Bəli!
Muslim, 974/103; Nəsəi, 3973-3974; Əhməd, 6/221; Abdurrazzəq, 6712; Albani, 231-232
Şeyxul İsləm İbn Teymiyyə (rahiməhullah) bu hədisi şərh edərək buyurur: — Göründüyü kimi, möminlərin anası olan Aişə (radıyAllahu anhə) Peyğəmbərdən (sallAllahu aleyhi və səlləm) soruşur ki, Allah insanların gizlətdiyi hər şeyi bilirmi? Peyğəmbər də ona: “Bəli!” –deyə cavab verir. Bu hadisə, Aişənin (radıyAllahu anhə) bundan öncə insanların gizlətdiyi hər şey haqqında Allahın bildiyindən xəbərsiz olduğunu sübut edir. Bu isə o demək deyil ki, insanlar gizlətsələr də Allahın hər şeyi bildiyini Aişə öyrənməmişdən əvvəl inkar edirdi. Şübhəsiz ki, dəlillərin çatdırılmasından dərhal sonra həqiqətin təsdiqi iman üsullarındandır. Allahın hər şeyi bildiyini inkar etmək, Onun hər şeyə qadir olmasını inkar etmək kimidir, aralarında fərq yoxdur!


Tarix: 03.12.2014 / 15:21 Müəllif: Aziza Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar
loading...