Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İNANANLARA DÜŞƏN MƏSULİYYƏT

Müsəlman ətrafında baş verənlərə laqeyd qalmaz və heç bir zaman “mənə toxunmayan ilan min yaşasın” məntiqi ilə düşünməz. Çünki o, Allaha təslim olmuşdur, Onun yolundadır və yaxşılığı təmsil edir. O zaman tətbiq olunan zülmə və terrora qarşı laqeyd qala bilməz. Heç bir cinayət törətməmiş günahsız insanları öldürən terrorun, ən böyük düşməni Müsəlmandır. İslam dini, hər cür terroraqarşıdır və elə ilk anda yəni düşüncə mərhələsində terrora mane olur.

Dünyada baş verən hadisələrinözlərinə toxunmadığı müddətcə narahat olmayan insanlar, dinin insanlara aşıladığı fədakarlıq, qardaşlıq, dostluq, dürüstlük və xidmət anlayışından məhrum insanlardır. Həyatları boyunca yalnız imkanlarını sərf edərək, insanlığın qarşı-qarşıya olduğu təhlükələrdən xəbərsiz bir şəkildə öz nəfslərini məmnun etməklə məşğuldurlar. Halbuki Allah Quranda ətrafına daim xeyr gətirən, ətrafındakı hadisələrə qarşı laqeyd olmayan, insanları doğru yola çağıran bir əxlaqı məqbul olaraq göstərmişdir. Bir ayədə ətrafına heç bir faydası olmayan insanlarla daim xeyir ilə hərəkət edən insanlar arasındakı fərq belə müqayisə edilir:

Allah eləcə də iki kişi barəsində məsəl çəkdi; Onlardan biri laldır, heç bir şeyə gücü çatmır və öz ağasına bir yükdür. Onu hara yollasa, xeyirlə qayıtmaz. Məgər doğru yolda olub ədalətli işlər görməyi əmr edən bir kimsə ilə belə bir adam eyni ola bilərmi? (Nahl surəsi 76)


Ayədə də ifadə edildiyi kimi “doğru yolda olub”, dininə bağlı, Allahdan qorxub çəkinən, mənəvi dəyərlərə əhəmiyyət verən, vətəninə, millətinə və insanlığa xidmət şövqü içində olan bir adamın, olduğu cəmiyyətə böyük faydalar gətirəcəyi qətidir. Buna görə insanların həqiqidini öyrənmələri və Quranın göstərdiyi gözəl əxlaqı yaşamaları son dərəcə əhəmiyyətlidir. Bu üstün əxlaqı yaşayan insanları Allah bir ayəsində belə təsvir edir:
Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin aqibəti Allaha aiddir. (Həcc surəsi 41)

Allah yaxşılıq etməyi əmr edir

Müsəlman Allahın əmrlərinə əməl edən, Quran əxlaqını dəqiqliklə həyata keçirən, dünyanı gözəlləşdirən, sülh və əmin-amanlığı hakim edən insandır. Məqsədi insanlara qarşı gözəl rəftar etmək, yaxşılıq etmək və xeyrli olmaqdır. Qasas Surəsində belə deyilir:
.... Allah sənə yaxşılıq etdiyi kimi, sən də (başqalarına) yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə çalışma. Şübhəsiz ki, Allah fitnə-fəsad törədənləri sevməz (Qəssas suresi 77)

İslam dininə girən bir insanın məqsədi Allahın razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Bunun üçün də çox ciddi səy göstərməsi lazımdır, Allahın razı olacağı əxlaqı dünya həyatında ikən qazanması lazımdır. Bu əxlaqın ən gözə çarpan xüsusiyyətləri isə mərhəmət, şəfqət, ədalət, dürüstlük, bağışlayıcılıq, təvazökarlıq, insanpərvərlik, fədakarlıq və səbirdir. Mömin, insanlara qarşı gözəl rəftar edəcək, xeyir işlərdə yarışacaq, yaxşılıq və fədakarlıq edəcək. Allah ayələrdə belə buyurur:
Biz göyləri, yeri və onların arasında olanları yalnız haqq olaraq yaratdıq. O Saat mütləq gələcəkdir. Odur ki, Sən (onları) gözəl tərzdə bağışla.( Hicr surəsi 85)

Ayədə də ifadə edildiyi kimi Allah iman edənlərdən insanlar ilə gözəl rəftar
etmələrini, yaxşılıqda bir-birlərinə kömək etmələrini, təxribatçılıqdan uzaq durmalarını istəməkdədir. Yaxşılıq edənləri “... Kim (Qiyamət günü) yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər....” ayəsi ilə xəbərdar etməkdə, pislik edənləri isə “... Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz..” (Ənam Surəsi, 160) şəklində xəbərdar edir.

Allah Kitabında insanlara özünü, “ürəklərindəolanı bilən” olaraq tanıtmış və “hər cür pis əməldən çəkinmələrini”bildirmişdir. Bu vəziyyətdə “Allaha təslim olan” mənasını verən “Müsəlman” adını daşıyan bir insanın terrora qarşı mübarizə aparan bir insan olacağı aşkardır.

Müsəlman, ətrafında baş verənlərə laqeyd qalmaz və heç bir zaman “mənə toxunmayan ilan min yaşasın” məntiqi ilə düşünməz. Çünki O, Allaha təslim olmuşdur, Onun yolundadır və yaxşılığı təmsil edir. O zaman tətbiq olunan zülmə və terrora qarşı laqeyd qala bilməz. Heç bir cinayət törətməmiş günahsız insanları qətl edən terrorun, ən böyük düşməni Müsəlmandır. İslam dini, hər cür terroraqarşıdır və ilk anda yəni düşüncə mərhələsində terrora mane olur. Daim insanlar arasında sülh və ədalətin hökm sürməsini əmr edir və insanları fitnədən, qarışıqlıqdan və təxribatçılıqdan çəkindirir.


Quran əxlaqı ədaləti tələb edir

Allahın Quranda təsvir etdiyi həqiqi ədalət insanlar arasında heç bir ayrı-seçkilik etmədən ədalətlə hökm etməyi, insanların haqqını qorumağı, zülmə izn verməməyi, zalıma qarşı məzlumu qorumağı əmr etməkdədir. Bu ədalət, hadisələri hər tərəfli qiymətləndirməyi, fikirləşmədən rəy bildirməməyi, tərəfsizliyi, dürüstlüyü, insanpərvərliyi, mərhəməti və şəfqəti tələb edir. Məsələn hadisələri sağlam düşüncə ilə qiymətləndirə bilməyən, həyəcanına və hisslərinə təslim olan bir insan sağlam qərar verə bilməyəcək, bu duyğularının təsirində qalacaq. Halbuki ədalətlə hökm verən bir insan bütün fərdi duyğu və düşüncələrini bir tərəfə buraxmağı, hər bir vəziyyətdə doğrunun tərəfini saxlamağı, dürüstlükdə və düzgünlükdə heç bir zaman güzəştə getməməyi Quran əxlaqı çərçivəsindəöyrənir. İnsan, elə bir əxlaqa sahib olmalıdır ki, öz mənfəətlərindən əvvəl qarşı tərəfi düşünməli, özünə ziyan olsa belə, əgər qarşı tərəf haqlı isə, ədalətli olmalıdır. Allah Nisa Surəsinin 48-ci ayəsində “insanlar arasında hökm edildiyində ədalətlə hökm edilməsini” əmr edir.

Allahdan qorxub çəkinən və axirət günü hesab verəcəyini bilən bir insan Allahın rizasını qazanmaq üçün ədalətlə hökm edir. Bilir ki, Allah etdiyi, söylədiyi hər sözə və fikrindən keçən hər düşüncəyə görə onu axirət günündə sorğuya çəkəcək və bunlara tam olaraq qarşılıq görəcək. Quranda ədalətin nöqsansız tərifi verilmiş, iman edənlərə hadisələr qarşısındakı davranışları və ədalətin necə tətbiq olunacağı bildirilmişdir. Bu iman edənlər üçün çox böyük bir yüngülükvə Allahdan bir rəhmətdir. Buna görə də iman edənlər həm Allahın razılığınıqazanmaq, həm də dinc, etibarlıq və sülh içində bir həyat yaşaya bilmək üçün insanlar arasında ədaləti tətbiq etməklə məsuldur.

Allahın Quranda əmr etdiyi ədalət, dil, din, irq və etnik mənşəyinə baxmadan,
bütün insanlar arasında bərabər olaraq tətbiq olunan bir ədalətdir. Qurandakı ədalət yer, zaman və insanlara görə dəyişməz. İndiki zamanda dünyanın dörd bir tərəfindəki insanlar irqləri ya da bədənlərinin rəngi səbəbiylə zalım və ədalətsiz davranışla qarşılaşırlar. Halbuki Quran əxlaqında fərqli xalqların və qəbilələrin yaradılmasının hikmətlərindən biri, insanların “bir-birləriylə tanış olmaları” olaraq bildirilir. Hamısı da Allahın qulu olan fərqli millətlər və ya qəbilələr, bir-birlərini tanımalı, yəni bir-birlərinin fərqli mədəniyyətlərini, dillərini, ənənələrini, qabiliyyətlərini öyrənməlidirlər. Fərqli irq və millətlərin olmasının məqsədi, qarşıdurma və döyüş deyil, mədəni bir zənginlikdir.

Bu müxtəliflik Allahın yaradılışındakı bir gözəllikdir. Bir insanın daha uzun boylu, birinin isə qısa boylu olması, bir insanın dərisininağ digərinin sarı rəng olması bu adama hər hansı bir üstünlük gətirmədiyi kimi, bir əksiklik olaraq da səciyyələndirmək olmaz. Bunların hər biri Allahın təqdir etməsi ilə və çox böyük hikmətlərlə yaradılmışdır. Ancaq bu fərqliliklərin Allah Qatında heç bir əhəmiyyəti yoxdur. İman edən bir insan tək üstünlüyün təqva ilə, yəni Allah qorxusu və Allaha imandakı üstünlüklə olduğunu çox yaxşı bilir.


Tarix: 24.11.2014 / 12:41 Müəllif: Aziza Baxılıb: 121 Bölmə: Maraqlı melumatlar
loading...