Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kitabi-nesihet-den Bir Nece Nesihet

Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.s)Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).

Hәr kәsә ki, yetişdin, salam ver. Әgәr sәnә söz desә, ona әdәb vә hörmәt ilә cavab ver, ta hamı sәni dost vә әziz tutsun.

Elә kimsәlәr ilә yoldaşlıq elә ki, böyüklәr onlara yaxşı desinlәr. Әclaf vә hәrzәgu adamlardan uzaq ol, ta sәn dәxi onlar kimi olmayasan.

Çün bir adamı möhtac gördün, hәr nә qәdәr mümkün olsa, ona kömәk elәmәkdә müzayiqә elәmә, tainki özgәlәr dәxi ehtiyac vaxtında sәnә kömәk elәsinlәr.

Heç kәsin yamanlığını bir şәxsin yanında danışma, çünki o adam әgәr dostdur, sәnin haqqında bәdgüman olar, әgәr düşmәndir, sәnin dediyini o kәsә yetirәr.

Yalan demәkdәn özünü saxla. Çün bir kimsәnә bu xasiyyәti sәndә bilsә, sәnin doğru sözünә dәxi bavәr etmәz.

Bir şәxs ki, gәlib özgәnin eybini sәnin yanında desә, ondan uzaq ol ki, sәnin dә eybini özgәlәrә deyәr.

Qәzәb vaxtı insanın halı pәrişan olur. Özünü o halda hamı şeydәn qırağa tut. Bir işi ki, elәmәk istәdin, qәzәbin sakit olandan sonra elә.

Bikarlıqdan qorx ki, hamı eyiblәrdәn pisdir. Bunu bilmәlisәn ki, heç bir şey alәmdә bikar deyil.

Hamı şeyi allah-taala öz alәminin nizamından ötrü sәbәblәr yaradıbdır ki, birisi o birisiz qaim olmaz. Sәn dә onlardan birisәn. Әgәr bikar oturarsan, daş vә palçıq sәndәn yaxşıraq olar, çünki onlar tәmirat işlәrinә gәrәkdir.

Elm vә kәmalın tәhsilini hamı işlәrdәn әzizraq say. Ondan ötrü ki, hamı şeylәr onların vasitәsilә müyәssәr olar.

Şuxluğu vә zarafatı özünә adәt elәmә. Ondan ötrü ki, nәzәrlәrdә xәfif görünәrsәn; rişxәnd sәbәbi ilә özgәlәr sәndәn inciyәrlәr. Hәtta ehtimal var ki, yamanlığa dәxi qәsd elәsinlәr.

Mübahisәdә әgәr bir kimsәyә qalib oldun, elә etmә ki, onun nadanlığı hazırda olanlara mәlum olsun, tainki bu sәbәbdәn sәnin әdavәtin onun ürәyindә mәqam tutsun vә o şәxs dәxi sәndәn intiqam almaqdan ötrü fürsәt vaxtını gözlәsin.

Danışıq vaxtı göftügu fürsәtini özgәlәrә ver. Ehtimal vardır ki, hiylәgәr şәxs sәhv edib müddәanın hәqiqәtini bәyan elәsin. Әgәr sәn çox danışsan, xәtavü nöqsan sәnin tәrәfindә olur.

Çün bir müsibәtә giriftar oldun, sәbr elә vә öz müsibәtini xalqın yanında izhar elәmә ki, әgәr düşmәndirlәr, sәnin müsibәtin onların tәninә sәbәb vә qüvvәtlәrinin artıq olmağına bais olacaqdır vә әgәr biganәdirlәr, onların nәzәrindә hәqir olmuş olarsan vә әgәr dostdurlar, onların qәmgin olmağına vә sәnin müsibәtinin tәzәlәnmәyinә bais olur.

Pakdamәnliyi, yәni tәmizxasiyyәtliyi özünә adәt elә. Hәr kәsi ki, fәsad işlәrә mürtәkib olar, onun dini vә hәyası gedәr vә xalq içindә tez biabru vә rüsvay olar.

Nә qәdәr ki, yaxşılıq ehtimalı var, özgәlәri yamanlığa hәml elәmә. Bәlkә o yaxşı işdir, ancaq sәn onun mәslәhәtini bilmirsәn.

O şey ki, özünә görә yaman sayırsan, özgәnin haqqında rәva görmә, tainki onun cәzası özgәdәn sәnә qayıtmasın.

Heç bir kәsin zәrәrinә razı olma. Alış-verişdә pakhesab ol. Әmanәtә xәyanәt elәmә, tainki allah-taalanın qәzәbinә gәlmәyәsәn vә xәlayiqin mәrdudu olmayasan.

Öz qonşularının vә hәmşәhәr adamlarının yaxşılığına çalış, ta onlar da sәnin ilә hәmin şivәdә rәftar vә müraat elәsinlәr. Sәn bir nәfәrsәn, onlar çoxdur. Bir nәfәrin ehtiyacı çoxa olmaq aşikardır.

Bir kәsin әdavәtinә ürәyindә yer vermә ki, sәnin dininin vә ürәyinin rahatlığını bәrhәm edәr.

Yaman işi ki, edәrsәn, onun faydası sәndәn ötrü qalmaz, amma onun günahı vә bәdnamlığı sәnә baqi qalar.

Yaxşı әmәldәn iki dәfә lәzzәt apararsan. Birisini o işi edәn vaxtda, birisini dә o işin sәmәrәsi sәnә yetişәn zamanda.

Çün hamı şey üçün alәmdә zail olmaq ehtimalı vardır, özünü heç zada elә bağlama ki, mәbada bir gün o şey zaval tapsa, sәnin zindәganlığın müşkül olsun.

Fәqirlikdәn vә bәdbәxtlikdәn şikayәt elәmә ki, alәmdә sәndәn fәqir vә biçarәraq çox vardır. Onlar әgәr sәnin halında olsa idilәr, çox şadlıq edәrdilәr.

Bәdbәxt o şәxsdir ki, bir kәsin haqqında yaxşılıq etmәk fürsәti olduqda, etmir. Bavücudi-in ki, insan üçün şükr elәmәk vacibdir ki, o özü kimi bir adama vәliyyün-nemә olubdur


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 157 Bölmə: Maraqlı melumatlar
loading...