Ata-ananın ən böyük vəzifəsi uşaqlarına düzgün tərbiyə verməkdir.Onlara Allahın əmrlərini və qadağalarını izah etməlidirlər.Bunun təməli isə Quranı öyrənməyə bağlıdır. Və onu öyrənmək üçün də uşaqlara Quranı sevdirmək lazımdır.
Uşağa verilməsi lazım olan ilk tərbiyə Allahın varlığı və birliyinə inamdır.Bunun üçün də uşaq ilk öyrənəcəyi kəlmə tövhid kəlməsi olmalıdır.Necə ki, Rasulullah (sas) hədislərində buyurur:
-“Uşaqlarınıza ilk öyrədəcəyiniz kəlmə “Lə iləhə illəllah” kəlməsi olsun!
-“Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin.
Təbii, yetkinlik yaşına çatmamış uşağa etdiyi günah zərər verməz. Rasulullah (sas) buyurur:
-Üç insan vardır ki, onların üzərində qələm götürülüb və onlara günah yazılmır:”Uşaqlar,dəlilər və yuxuda olanlar.
Amma uşağa kiçik yaşında namaz öyrədilməlidir ki, o alışsın.
Bir gün Ömər İbnul Xəttab (ra) yol ilə gedərkən azan səsini eşidib məscidə doğru qaçan uşağı görür və buyurur:
-“Bu qədər tələsmə, balaca.Namaz sənə hələ vacib deyil!”
Uşaq geri çevrilib belə cavab verir:
-Ey əmi, indidən namaz qılmasam, ona alışmasam sonra gec olar.Bax, dünən qonşumuzda bir uşaq vəfat etdi.Məndən də balaca idi.Bir də namaz qılanın böyüyü-kiçiyi olmaz!
Bundan əlavə uşaqlarımıza Quran oxumağı,əzbərləməyi sevdirməliyik.Necə ki, peyğəmbərimiz (sas) buyurur:
-“Uşaqlarınızı Quran oxuma sevgisi ilə böyüdün.Çünki hafizlər heç bir kölgənin olmadığı Qiyamət günündə Allahın kölgəsi altında olacaqlar.” (Təbərani)
Ona görə də uşaqlarınıza Quran öyrədərkən müxtəlif üsullardan istifadə edin. Onlara bir surəni kiçik bir hədiyyə müqabilində də öyrədə bilərsiniz.Bu zaman onlar daha da həvəslənəcək və Quran oxuyub-öyrənməkdən zövq alacaqlar.Bilin ki, bununla siz uşaqlarınızı əbədi səadətə aparmaqda bir vasitəçi olursunuz.Necə ki, Allahu təalə Qurani Kərimdə buyurur:
-“Ey insanlar! Yanacağı insanlar və daşlar olan Cəhənnəm atəşində özünüzü və ailənizi qoruyun! (Təhrim,66/6)
Bilməliyik ki, uşaqlarımızı təkcə maddi ehtiyaclarını ödəmək kifayət deyil.Bununla yanaşı ruhi və mənəvi ehtiyaclarını da təmin etməliyik.Necə ki, Rasulullah (sas) bir hədisində buyurur:
-Uşaqlarınıza fikir verin və gözəl tərbiyələndirin! (İbn Macə)
Təbii ki, övladına bu dediklərimi aşılamadan öncə özün bunları yerinə yetirməlisən.Necə ola bilər ki, sən Fəcr namazına yatıb qalasan, sonra durub övladına namazı tövsiyə edəsən!İlk öncə özünü islah et ki, övladında sənə baxıb özünü qınasın və sənin kimi imanlı, dininə bağlı biri olsun.
Artıq Ramazan ayındayıq.Bu arada sən oruc tutsan, yoxsullara iftar süfrəsi açsan, ehtiyacı olanlara əl tutsan övladında bunları görüb gözəl tərbiyə alacaqdır.Təbii ki, bu cür mühitdə-gözəl əxlaq mühitində böyüyən uşaq ibadətə həvəsli olaraq böyüyür.Əgər övladın oruc tutmursa ona bu ibadətin vacibiyyətini izah etməlisən:
-“Bu ibadət Allahın çox sevdiyi ibadətlərdən biridir.Mükafatı Allah təalə tərəfindən veriləcəyi, keçmişdə peyğəmbərlərə də əmr edildiyi bir ibadətdir.Oruc tutmaqla iradəmiz möhkəmlənəcək, ac-susuz qalaraq ehtiyaclı kimsələrin vəziyyətini daha yaxşı anlaya biləcəyik.
Bir də bu ibadətləri izah edərkən uşaqları maraqlandırmayan mövzulardan bəhs etməməlisən.Hətta bu mövzu dində vacib olsa belə.Məsələn, bəzi haramlar var ki, yetkinlik yaşına çatanlara günah qazandırır.Lakin uşaqlara elədə zərər verməz.Onun üçün övladlarınızı yüngül tərzdə dəvət edin. Axı dinimiz asanlıq dinidir.
Və unutma ki, ailənin tərbiyəsində şiddət heç vaxt fayda verməz.Əxlaqlı olmaq lazımdır.Sən ailən ilə nə qədər gözəl əxlaqla davransan onlar da bu əxlaqın dindən olduğunu anlayacaq və səndən ona namazı,orucu öyrətməni xahiş edəcəklər.
-De:”Əsl ziyan çəkənlər (axirəti əldən verənlər) Qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır!” (Zumər,15)
Allah bizi gözəl əxlaqlı olanlardan etsin.Ailəmizi Cəhənnəm odundan qorusun.Amin
Tarix: 07.05.2013 / 21:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 138 Bölmə: Maraqlı melumatlar