Allahın səlamı onun müttəqi, dinində,
imanında və şəhvətində sabit olan qulları
üzərinə olsun. Allah Təala biz insanları
yaradarkən qüsurlu yaratmışdır. Ən böyük
qüsurumuz isə şəhvət düşkünü
olmağımızdır. Təbii ki “hər bir dərdin
əlacı var”. Aləmlərin Rəbbi də bizim bu
əksikliyimizi aradan qaldırmaq üçün
iradə, utanc, həya və iman hisslərini
daxilimizdə yerləşdirmişdir. Bu mənada
heç birimiz şəhvətimizin və yaxud
şeytanımızın tam əsiri deyilik. Bunun
fərqinə xüsusilə Ramazan ayında varmaq
olar. Ancaq oruc tutmaqla nəfsimizə nə
qədər hakim ola bildiyimizin şahidisiniz
təbii ki əgər oruc tutursunuzsa… Bu
mənada istimna Peyğəmbərimizdən
(s.a.v.) gələn hədislərdə “əl ilə
evlənmə”, bəzilərində isə “əli ilə
evlənənlərə lənət olunduğu” şəkildə
rəvayət olunur. Fərqli məzhəblərdə
müxtəlif hökmlər verilən istimna
ümumiyyətlə bəyənilmir, xoş görülmür.
Həm bədəndə olan enerji itkisinə, həm
evlilikdən uzaqlaşma təhlükəsinə,
həmçinin müsəlman kişilərin öz cinsi
ehtiyaclarını başqa yönlə aradan
qaldırmaq səbəbi ilə. Lakin buna
baxmayaraq haramdır və ən böyük
haramlardan olduğu bir çox alim
tərəfindən irəli sürülmür. Bir şey var ki,
əgər düşdüyümüz mövcud şərait bizi
zinaya sövq edəcəksə, heç bir çıxılmaz
hal yoxdursa və həqiqətən şəhvətimizi
aradan qaldırmaq zəruridirsə istimnadan
istifadə edə bilərik. Daha böyük
haramdan çəkinmək üçün daha kiçik
haramı etmək. Yəni zina təhlükəsini
aradan qaldırmaq üçün istimna etmək…
Allah insanı yaradarkən onda elə bir
mexanizm tərtib edib ki, insan özü
bilmədən onun bədənindəki enerji
mübadiləsi gedir, şəhvət hissləri canlanır
və məxsusi yolla sönür. Məs: Çox vaxt
müsəlman qardaşlarımız yuxudan
durarkən bilmədən boşaldıqlarının
(palusiya) şahidi olurlar. Bu məhz həmin
sistemin işləmə mexanizmidir. O ki, qaldı
istimna etməsək, zina etməsək
zəifləyərik, xəstəlik taparıq iddiası gülünc
bir iddiadır. Çünki istimna etmədən, zina
etmədən heç kəs xəstəlik tapmamışdır.
Amma spid, aids və bir çox cinsi
xəstəlikləri tapanlar şahvətlərini necə
gəldi, harda gəldi, kiminlə gəldi
söndürənlərdir. (çox üzr istəyirik). Bu
mənada bizi qoruyan aləmlərin rəbbidir,
əgər həqiqi müsəlmanlar olsaq! Allah
Təala hər birimizi ən gözəl ailə
sahiblərindən və şəhvətinə qalib gələn
qullarından etsin…
Şübhəsiz hər şeyin doğrusunu Allaha
bilir…
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 208 Bölmə: Maraqlı melumatlar