Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ALLAH BAQİŞLAYAR DEYİB RAHAT OLMAYİN...

İnsanların çoxu Allahın varlığını bilir və
qəbul edirlər, amma Onun qüdrətini
lazımi kimi təqdir etmirlər. Yanıldıqları
mövzu Allahın varlığı deyil, Allahın
sifətləridir. Məsələn, Allahın qullarına
qarşı çox lütfkar, bağışlayıcı və mərhəmətli olduğunu düşünsələr də,
inkarçılardan intiqam alan,
onlara ...əzab edən sifətlərini
düşünmürlər. Allahı lazımi kimi təqdir edə bilməyən
bu insanların ya Allah qorxusu yoxdur,
ya da çox məhduddur. Bu da insanın
axirəti baxımından çox təhlükəli bir
vəziyyətdir. Çünki Allah qorxusu
olmayan, etdiklərinin qarşılığında cəza görəcəyinə inanmayan bir insan hər cür
pisliyi, zülmü rahatlıqla edə bilər. Allahın
qadağan və haram etdiyi hər cür
günahı işləyib, sonra da "Allah
bağışlayar" kimi reallıqdan uzaq
düşüncəyə qapıla bilər. Buna görə şeytan insanlara həmişə bu
istiqamətdən yaxınlaşır və insanların
özlərini "yəqin ki bağışlanılaram"
düşüncəsi ilə aldatmalarına səbəb
olur.Diqqət yetirilsə din əxlaqından
uzaq cəmiyyətlərdə insanlar həmişə bu yanlış dünyagörüşlə hərəkət edir və
davamlı Allahın əmr və qadağalarını
pozurlar. Namazlarını qılmayanlar, oruc
tutmayanlar, ehtiyac içində olan
insanları qorumayanlar, xəsislik edərək
mallarından zəkat verməyənlər, öz mənfəətləri üçün insanlara zülm
edənlər, adam öldürənlər, oğurluq
edənlər, başqalarının malını haqsızlıqla
yeyənlər, yer üzündə fitnə-fəsad
çıxaranlar, insanları əxlaqsızlığa
sürükləyənlər həmişə "Allah bağışlayar" düşüncəsi ilə hərəkət
edirlər. Halbuki bu düşüncəyə sahib olan
insanlar böyük bir yanlışlıq içindədirlər.
Çünki Allah tövbələri qəbul edən və
bağışlayıcı olandır, ancaq eyni zamanda
da sonsuz ədaləti ilə hər hərəkətin
əvəzini əksiksiz olaraq verəndir. Əlbəttə yaxşılıq edənlərlə pislik edənlər bir
tutulmayacaq, dünyada da, hesab
günündə də hər kəs layiq olduğuna
qarşılıq görəcək. Bu həqiqət Quranda belə bildirilir:Yoxsa
günah qazananlar onları həyatda
olduğu kimi, ölümlərindən sonra da
iman gətirib yaxşı işlər görənlərlə eyni
tutacağımızı güman edirlər? Nə pis
mühakimə yürüdürlər! Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs
qazandığının əvəzini alsın. Belə ki,
onlara heç bir haqsızlıq edilməyəcəkdir.
(Casiyə Surəsi, 21-22) Allahın dərgahına qaytarılacağınız
gündən qorxun! Sonra hər kəsə
qazandığının əvəzi büsbütün veriləcək
və onlara zülm olunmayacaqdır.
(Bəqərə Surəsi, 281)


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 96 Bölmə: Maraqlı melumatlar
loading...