İslam dininin göstərişinə əsasən hər bir
müsəlman aşağıdakı hökmlərə bacardığı qədər
əməl etməli və onları yüngül sayıb tərk etməkdən
çəkinməlidir:
1-Namaz: (Gündə beş vaxtda müəyyən
qaydalar və şərtlər əsasında Allah ibadətinə
məşğul olmaq).
2-Oruc: Ramazan ayında sübh açılandan
gün batana kimi özünü yemək, içmək və bu kimi
bir sıra işlərdən saxlamaq;
3-Xüms: İllik xərcdən artıq qalmış malın
beşdə bir hissəsini şəriətdə müəyyən olunmuş
şəxslərə vermək;
4-Zəkat: Bə'zi malların müəyyən bir
hissəsini şəriətdə müəyyən olunmuş işlərdə
xərcləmək;
5-Həcc: İlin müəyyən vaxtında şəriətdə
nəzərdə tutulmuş şərtlər əsasında Məkkəyə (Allah
evinin ziyarətinə) getmək;
6-Cihad: Allah yolunda İslam düşmənləri
və təcavüzkarlarla vuruşmaq;
7-Xalqı yaxşı işlərə də'vət etmək: (Əmr
be mə'ruf);
8-Xalqı pis işlərdən çəkindirmək: (Nəhy
əz münkər);
9-Təvəlla: Allah dostlarını sevib onlarla
dostluq etmək;
10-Təbərra: Allah düşmənləri ilə əlaqəni
kəsib onlarla düşmənçilik etmək.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar