Allaha könüldən bağlanan və Allahı çox sevən bir insan Onun yaratdığı bütün gözəlliklərə qarşı ürəyində bir sevgi hiss edir, çiçək, kəpənək, quş, pişik və ya gözəl bir mənzərə belə adama daxilən böyük bir həyəcan verir. Eyni zamanda, gözəl xasiyyətli, gözəl üzlü insan da ürəkdə səmimi bir heyranlıq meydana gətirir. Çünki insanın bütün bu gördükləri Allahın təcəlliləridir. Allaha duyulan coşğulu sevgi, Onun sonsuz gözəlliyinin, sənətinin, ağlının və gücünün təcəlli etdiyi hər şeyə qarşı insan ruhunda təbii bir sevgi və məhəbbət meydana gətirir. Bu səbəblə Allaha könüldən bağlanan insanlar həqiqi sevgini yaşaya bilən yeganə insanlardır.
Quran əxlaqı isə həqiqi sevginin bünövrəsini təşkil edir. Bir insanı əxlaqı ilə, şəxsiyyəti ilə və sahib olduğu bütün xüsusiyyətləri ilə dərindən sevmək ancaq həmin adamın Qurana tabe olması ilə mümkündür.
Çünki Qurana tabe olan insan Allahın bəyəndiyi əxlaqı yaşamaqla seviləcək gözəl xüsusiyyət qazanır. Allahın "...Əbədi qalan yaxşı işlər isə Rəbbinin yanında savab etibarilə daha xeyirli, nəticə etibarilə daha yaxşıdır! (Məryəm Surəsi, 76) hökmünü bilərək bütün bu gözəl əxlaq xüsusiyyətlərində bir ömür boyunca səbr və ötkəmlik göstərir: vəfa, sədaqət, hörmət, sevgi, təvazökarlıq, fədakarlıq, dürüstlük, xoş münasibət, bağışlama, mərhəmət, həlimlik, cəsarət, ötkəmlik kimi xüsusiyyətlər ancaq Allah qorxusunun və Quran əxlaqının yaşanması ilə mümkündür. Bu, möminin sevgidə də bir ömür boyunca səbr və dayanıqlılıq göstərməsini təmin edir. Möminin sevgisinin təməli imana, Allah qorxusu, Allah rizası və Quran əxlaqına əsaslandığı üçün çox güclü və dərindir. İman edənlərlə yaşadığı dostluğun axirətdə sonsuza qədər davam edəcəyini bilməsi də sevgini güclü və daimi edən başqa səbəbdir.
Qurana tabe olan bir insanın yaşadığı bu üstün əxlaq onu həm Allah Qatında, həm də möminlərin gözündə çox qiymətli bir varlıq edir. Qurana tabe olan təqva sahibi mömin hər şeydən əvvəl Allahın sevgisini və razılığını qazanacağına ümid edir. Allah sevdiyi qulunu digər möminlərə də sevdirir, ona Öz Qatından bir nur, gözəllik verir və insanların ürəklərinin ona qarşı istiləşməsini təmin edəcək xüsusiyyətlər qazandırır.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar