Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ölümün Beləsi!

Bir imam əfəndi varmış... Namazının camaatla birgə qılınmasına çox diqqət edərmiş... Camaat heyranmış imam əfəndiyə...
Bir gün camaata günorta namazı qıldıranda imam əfəndi tam günortanın sünnətində sağına salam verərkən yaşlı ağ saqqallı bir qoca görür sola salam verər dərhal sağına dönər baxar qoca yoxdur... Fərzə keçər dərhal. Fərz namazda da eynisi olar... İmam əfəndi çaşmış halda son sünnəyə dayanar tam sağa salam verəcək qoca yenə orda. Sola salam vermədən soruşar "Əmi, sən kimsən? Nəçisən? Həmişə namazda sağa salam verərkən varsan, sola salam verib geri baxdığımda məhrum?'' deyər. Qoca adam ''Əgər məni maraq edirsənsə, arxasında camaatını da al bir qaranlıq küçə var oranı keç. Ordan qorxuncmu qorxunc bir küçə var oranı da keç. Ondan sonra yaşıl bir qapı çıxacaq önünə. O qapının üzərində ''La ilahə illəllah Muhammədun Rəsulullah'' yazır. O qapıdan gir məni orada tapacaqsan, kim olduğumu ancaq o zaman söyləyərəm'' demiş...
İmam əfəndi dərhal camaata dönüb ''Mənim başımdan belə bir iş keçdi indi mənimlə gəlirsinizmi?'' deyər... camaat çox sevdikləri imamlarını tək buraxmazlar... Əvvəl qaranlıq küçədən keçərlər... Qorxunc küçəyə gəlincə imam əfəndi arxasına bir baxar ki, camaatdan kimsə qalmamış küçə o qədər qorxuncmuş ki, hamısı qaçmışlar.
İmam əfəndi o küçədən keçmiş yaşıl qapını görmüş qapı ki gözəlliyi gözlərini qamaşdırmış üzərində ''La ilahə İllallah Muhammədun Rəsulullah'' yazırmış...
Dərhal içəri girmiş, içərisi o qədər gözəlmişki İmam əfəndi ovsunlanmış və qoca adam orada bir kresloda imamı gözləyirmiş... İmam əfəndi dərhal soruşmuş ''Dediklərini etdim dediyin küçələrdən keçdim lakin camaatım qorxunc küçəyə gəlincə məni buraxıb qaçdılar indi de mənə sən kimsən'' deyər.
Yaşlı adam gülümsəyərək İmam əfəndiyə ''Mən Əzrail (ə.s.)-əm və sən günortanın daha sünnəsində sağa ilk salam verdiyində məni gördün və mən o zaman kərə ağından ət çəkər kimi ruhunu bədənindən aldım. Amma sən bunu anlamadın belə... Qaranlıq küçə isə odur ki, ora sənin tabutun idi, camaat səni çiyninə alıb gətirdi, sonra o qorxunc küçəyə yəni qəbrinə qoydular, imanın o qədər qüvvətlidirki haqqıyla etdiyin namazlar, etdiyin vəzifən oradan heç qorxmadan səni keçirdi və burada Cənnətdir... Dilədiyin kimi yaşa'' demiş.

Allah hər birimizə belə ölüm qismət etsin...
Amin inşəAllah!


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 115 Bölmə: Maraqlı melumatlar
loading...