Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bes Sabah?????

BES SABAH ??? İndi xeyirxah olmağa çalışırsan, çünki
ayların sultanı Ramazan ovqatındasan.
Açılan çiçəkləri, göyərən otları belə
incitmək istəmirsən. İstəyirsən
səxavətini bir az da artırasan,
ağsaqqallara, ağbirçəklərə hörmətlə yanaşırsan, nəqliyyatda, metroda
ayağa
qalxıb nəzakətlə yer verirsən onlara.
Qarşılığında: “Allah köməyin olsun!”
duasını eşidirsən.
Küçədə, yol kənarında əl açıb dilənən
uşaq, ixtiyar qoca görəndə kövrəlirsən, əlini cibinə salıb qarşında
açılan əli boş
qaytarmaq istəmirsən. Əvəzində yenə:
“Allah səni darda qoymasın, Ramazan
Sahibi yetsin dadına”, — duasını
eşidirsən. Nə qədər məmnun olursan.
Çöhrənə təbəssüm qonur, qarşı tərəfə razılıq edirsən, içinə dinclik,
rahatlıq
hopur. “Bacardığın yaxşılığı
əsirgəməmək nə gözəlmiş”,- deyə
pıçıldayırsan. Başından gözəl
düşüncələr keçir: “Kaş hamı xeyirxah
olaydı”. İndi Ramazan ovqatındasan. Çox
səxavətli, mərhəmətli olmusan. Bəs
sabah necə, kimsəsizlərə, səndən
imdad umanlara qəlbində açdığın
xeyirxahlıq qapısını bağlayacaqsanmı?


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar
loading...