Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dua...

Bir gənc Kəbədə həmişə belə dua edirdi: Ey doğru olanların yardımçısı olan Allahım, ey haramdan çəkinənlərin yardımçısı olan Allahım, ey əmanəti öz sahibinə qaytaran Allahım, sənə həmd olsun!. Bu vəziyyət oradakıların diqqətini cəlb etdi və gəncdən bunun səbəbini soruşdular: Nəyə görə həmişə eyni duanı edirsən? Məgər başqa dua bilmirsən?.

7-8 il əvvəl Kəbədə qızılla dolu bir torba tapdım. Torbada 1000 qızıl var idi. İçimdən bir səs: Bu qızıllara sənin çox ehtiyacın var deyirdi. Sonra düşündüm ki: Olmaz, sənin olmayan haram mal ilə xoşbəxt ola bilməzsən. Bu, günahdır. Elə bu vaxt bir kişinin torbanı axtardığını gördüm. Mən torbanı yiyəsinə qaytardım. Qızıllarını tapan şəxs çox sevindi və mənə 30 qızıl hədiyyə etdi. Ürəyimdə Allaha dua edə-edə bazara yollandım. Bazarda nurani bir gənc əsirin satıldığını gördükdə qiyməti ilə maraqlandım. Əsir 30 qızıla satılırdı. O gənci alıb evimə gətirdim. Çox ədəbli və çalışqan gənc idi, bütün işlərimdə mənə kömək edirdi.

Bir gün gənc dedi: Mən Fas əmirinin oğluyam. Atamın adamları məni sizdən almağa gələcəklər. Siz çox yaxşı və təmizürəkli insansınız. Məni 30 min qızıla satarsınız. Həqiqətən də, bir neçə gün sonra əmirin adamları gəlib oğlanı məndən 30 min qızıla aldılar. Mən həmin pula iş yeri açdım və xeyli qazanc əldə edərək varlandım. Bir gün qohumlarım evlənmək üçün məni bir qızla tanış etdilər. Varlı ailədən olan qızın atası yenicə vəfat etmişdi. Nikahdan sonra qızın cehizlərini gətirərkən əşyaların içində bir torba gözümə sataşdı. Qızdan torba barədə soruşduqda qız belə cavab verdi: Bu torbanın içində 970 qızıl var. Atam bir neçə il əvvəl torbanı Kəbədə itirmişdi. Onu tapan gənc haramdan çəkinərək torbanı atama qaytarmışdı. Atam etdiyi yaxşılığın əvəzində 30 qızılı ona hədiyyə etdi, yerdə qalanını isə cehiz olaraq mənə verdi.

Qızın sözlərini eşitdikdə səcdəyə getdim, Allaha şükür edərək: Deməli, tapdığım bu qızıllar mənim ruzim idi, sadəcə, Allah-Təala onu mənə halal yolla vermək istəmişdi. O vaxtdan hər zaman Allaha həmd edirəm və Kəbədə eşitdiyiniz bu duanı edirəm.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 170 Bölmə: Maraqlı melumatlar
loading...