Müqəddəs İslam Şəriəti evlənməyə yüksək diqqət yetirərək onu bütün müsəlmanlar üçün təkid etmişdir.Belə ki, əziz Peyğəmbər
(Səllallahu Əleyhi və Alih) buyurur: "ALLAH yanında evlənməkdən daha sevimli, bəyənilən bir şey yoxdur"
Həzrət Əmirəl-möminin Əliyyibni Əbitalib(ə) buyurur: "Evlənin! Çünki, evlənmək ALLAH Rəsulunun sünnətidir ki, həmişə
buyururdu:
"Hər kəs mənim sünnətimə tabe olmaq isteyirsə( onuda bilməlidir ki) mənim sünnətimdən biri də evlənməkdir".
"Evlənmək" söhbəti olan ev ən yaxşı ev kimi tanınır.Kasıbçılıq evlənməyin qarşısına sədd qoymamalıdır.Əks halda bu şeytan vəsvəsəsidir.
ALLAH evlənən yoxsullara çətinliklərini aradan qaldıracağına və onları Öz köməyi ilə ehtiyacsiz edəcəyinə söz vermişdir.
Belə ki, Həzrət Mühəmməd buyurur: "Evlənib ailə qurun və nəsil artırın ki, qiyamət günü sizlərlə, hətta ana bətnindən düşmüş
uşaqla belə fəxr edəcəyəm" Rəsuli Əkrəm (s) buyurur: "Evlənin, həqiqətən mən qiyamət günü ümmətlərə öz ümmətimin
çoxluğu ilə üstün gələcəyəm.Hətta siqt olunmuş uşaq da böyüyüb Cənnət qapısında dayanacaq.Ona "Cənnətə daxil ol" deyiləcək, o isə "Məndən əvvəl
atam-anam Cənnətə daxil olmayınca mən daxil olmayacam!" deyə cavab verəcəkdir"
İslam valideynləri, habelə onların simasında bütün insanları öz qız və oğlanlarını evlənməyə sövq edir.
Bir gün Həzrət Əli (ə)Allah Rəsulunun (s) yanına gələrək deyir:
--Ya Rəsulləllah, mənə qarşı göstərdiyiniz hörmət və mehribanlıqla yanaşı ünsiyyət tapmaq üçün evlənib ailə sahibi olmaq istəyirəm.
Ya Rəsulləllah, xahiş edirəm ki, qızınız Fatimənin nigahını mənə oxuyasınız.
Həzrət Əmirəl-mömininin üzünə təbəssüm edərək buyurdu:
--Ya Əbəl Həsən, mən Fatimənin nigahını sənə oxumaqdan ötrü mehriyyən varmı? Əli (ə) dedi:
-Atam-anam sənə fəda olsun, mənim vəziyyətim sizə məlumdur, təkcə bir qılınc,bir zirehli paltar və bir dəvə varımdı ki, onunla da su daşıyıram.
Peyğəmbər (s) buyurdu:
--Ya Əli, qılınca ehtiyacın vardır, çünki onunla ALLAH yolunda cihad edib düşmənlərlə döyüşməlisən.Dəvə isə su gətirmək, xurma ağaclarını suvarmaq,
ona yük yükləmək üçün lazımdır. Mən sənin zirehli paltarını mehriyyə əvəzinə səninlə Fatiməni(s) evləndirirəm.
"Cəhənnəm əhlinin çoxu evlənməyənlərdir".
"Ən pis ölüm evlənməyən, tək qalan kişi və qadınların ölümüdür"
"Ərsiz qadınları, kənizləri və arvadsız kişiləri və öz layiqli qullarınızı (möminlər arasında, arvadsız kişi və ərsiz qadın qalmasın deyə)
bir-biri ilə evləndirin."
" Əxlaq və dinindən razı olduğunuz bir kəs elçiliyə gələrsə, ona qiz verin"
" Ev başdan-başa rüfət , mehribanliq və rəhmət olan bir yerdir"
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 118 Bölmə: Maraqlı melumatlar