Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bədiüzzaman Səid Nursi, Allahın Iznilə, Qiyamət Sa

Bəzi Nur tələbələri Bədiüzzamanın qiyamətin 300 il sonra qopacağını söylədiyini iddia edirlər. Bəzi qardaşlarımız isə qiyamətin qeyb xəbəri olduğunu, bu səbəbdən də, heç kimin qiyamətin zamanı haqqında məlumat sahibi olmadığını iddia edirlər. Əlbəttə, qiyamət saatı qeyb xəbəridir və Allahın diləməsi ilə gerçəkləşir. Lakin qardaşlarımız bu mövzudakı bəzi düşüncələrində böyük yanlışlıq içindədirlər. Çünki







Allah qullarından dilədiyinə qeyb haqqında məlumat verir

Kainatda və digər aləmlərdə meydana gələn hər hadisə Allahın elmi daxilində və nəzarəti altındadır. Ancaq bəzi insanlar qeyb mövzusunu yalnış anlayır. Bu insanlar Allahın Qatında gizli olan qeyb xəbərlərinin Allah tərəfindən dilədiyi elçilərinə və elmli qullarına bildirildiyi barədə məlumata sahib deyillər. Qurani-Kərimdə Rəbbimiz Öz Qatında gizli tutduğu məlumat və qeyb xəbərlərindən dilədiyi qədərini elçilərinə və xüsusi elm verdiyi insanlara açdığını belə bildirir:

De: “Mən sizə vəd olunmuş (əzabın) yaxın olduğunu və yaxud Rəbbimin onun üçün uzun bir müddət təyin etmiş olduğunu bilmirəm. O, qeybi Biləndir və Öz qeybini heç kəsə açmaz, razı qaldığı elçidən başqa. Həqiqətən, O, onların önündə və arxasında gözətçilər qoyur.
(Cinn surəsi, 25-27)
Bədüzzaman Allahın xüsusi elm verdiyi insanlardan biridir.







Bədüzzaman “Qiyamət 300 il sonra qopacaq”, deməyib.



Bədüzzaman Səid Nursi hicri XIII əsrin böyük mücəddididir. Risaleyi-Nur kimi əhəmiyyətli küliyyatı o, bu dövrdə yazmışdır. Ustad yaşadığı əsrdən danışarkən çox zaman hicri 1300 yerinə, 300 demişdir. Bədüzzamanın bu ifadəsi Risaleyi-Nurun bir çox yerində vardır. Ustadın bu ifadələrindən biri belədir:

Ən yüzdən ta üç yüz il sonrakı YÜKSƏK ƏSRİN ARXASINDA GİZLƏNMİŞ, SAKİTANƏ (SUSARAQ) MƏNİM SÖZÜMÜ DİNLƏYƏN VƏ BİR NƏZƏRİ HAFİYYİ-QEYBİ (GÖRÜNMƏYƏNİ, QEYBİ GÖRƏN BAXIŞ) İLƏ MƏNƏ TAMAŞA EDƏN (SEYR EDƏN) SƏİD, HƏMZƏ, ÖMƏR, OSMAN, YUSİF, ƏHMƏD, və s. SİZƏ XİTAB EDİRƏM. TARİX DEYİLƏN MAZİ DƏRƏLƏRİNDƏN SİZİN YÜKSƏK GƏLƏCƏYİNİZƏ UZANAN TELSİZ TELEQRAFLA SİZİNLƏ DANIŞIRAM. NƏ EDİM, TƏLƏSDİM, QIŞDA GƏLDİM. SİZ İNŞAALLAH CƏNNƏT-ASA (CƏNNƏT KİMİ) BİR BAHARDA GƏLƏRSİNİZ. İNDİ ƏKİLƏN NUR TOXUMLARI ZƏMİNİZDƏ ÇİÇƏK AÇACAQLAR. Sizdən bunu rica edirəm ki, mazi qitəsinə keçmək üçün gəldiyiniz zaman məzarıma baş çəkin. O çiçəklərin bir neçəsini məzar daşi deyilən, sümüklərimi misafir edən torpağın qapıçısının başına qoyun. (Emirdağ Lahikası, s. 344)

Ustadın bu ifadəsini yanlış yerə yozan və ya anlamaq istəməyən bəzi Nur tələbələri hz. Mehdinin zühuruna və hz. İsanın nüzuluna hələ 300 il var, qiyamətin qopmasına da hələ çox var, deyirlər. Halbuki:

Bədüzzaman tez-tez danışmağın bir tələbi olaraq 1300 deməyib, mini demədən birbaşa 300 demişdir.

Necə ki, söhbətinin davamında, bundan, yəni öz yaşadığı zaman olan hicri 1300-dən sonrakı 100 ilə diqqət çəkmişdir. Sadə riyazi hesabla

1300+100=1400 edər.

Bədüzzaman bu ifadəsi ilə hicri 1400-cü ilə, yəni içində olduğumuz əsrə işarə edir. Hz. Mehdinin zühuru, hz. İsanın nüzulü və qiyamətin qopması da, Allahın iznilə, hicri 1400-1500-cü illər arasında olacaq. Peyqəmbərimiz (s.ə.v) də hədislərində ümmətinin ömrünün 7000 il olduğunu, bunun 5600 ilinin keçdiyini və sadəcə 1400 il qaldığını açıqca ifadə etmişdir.

Bədüzzaman ustadımız bəzi yerlərdə 1577 deyərkən, bəzi yerlərdə isə 1560-cı illərə işarə etmişdir. Bədiüzzamanın müxtəlif tarixlər verməsinin səbəbi ledün elminin nəticəsidir. Bədiüzzaman o dövrdə qəlbi xəstə olan və ya iman zəifliyi olan insanları çaşdıraraq, son dövrdəki müsəlmanları bir az da olsa rahatlaşdırmaq üçün bu cür demişdir.

Sözlərindən 1545 tarixi gəldiyi zaman, bu cür insanlar 1577-ci ildə və ya daha sonrakı tarixdə qiyamətin qopacağını düşünərək rahatlaşırlar.











Bədiüzzaman Kastamonu Lahikasının 26-cı səhifəsində, Allahın iznilə, qiyamət vaxtını hicri 1545-ci il, Ramazan ayının onuncu günü, saat iki olaraq vermişdir.

“La təzaülü taifətün min ümməti zahirinə aləl-haqqı hatta YETİYALLAHU bi əmrihi”. “Ümmətimdən bir tayfa Allahın əmri gələnə qədər (yəni qiyamətin qopmasına qədər) qalibanə haqq üzərində davam edəcəkdir”.

Ramazani-şərifdə onuncu günün ikinci saatında birdən bu hədisi-şərif xatirimə gəldi. Bəlkə Risaleyi-Nur şagirdlərinin tayfası nə qədər davam edəcəyini düşündüyümə binaən ilham edildi.

Bədüzzaman Ramazan ayının onuncu gününün ikinci saatı kimi bir detalı xüsusi hikmətlə vermişdir. Belə ki, Quranda on günə işarə edən ayələr var.

Onlar öz aralarında pıçıldaşıb deyəcəklər: “(Dünyada) cəmi on gün qaldınız!”
(Taha surəsi, 103)

Biz Musaya otuz gecəlik vədə verdik və buna on (gecə də) əlavə etdik.
(Əraf surəsi, 142)

And olsun dan yerinə. And olsun on gecəyə! And olsun cütə və təkə. And olsun keçib getməkdə olan gecəyə. Məgər bu (andlar) ağıl sahibi üçün kifayət deyilmi?
(Fəcr surəsi, 1-5)

“LA TƏZALÜ TAİFƏTÜN MİN ÜMMƏTİ”. “Ümmətimdən bir tayfa zail olmayıb davam edəcəkdir”. (şəddə sayılır, tənvin sayılmır) fıkrasının məqami-cifrisi min beş yüz qırx iki (1542 - M. 2117) edərək nəhayəti davamına işarə edər. “Qeybi yalnız Allah bilir”. “ZAHİRİNƏ ALƏL-HAQQ”. “HAQQ üzərində davam edəcəkdir”. (şəddə sayılır) fıkrasının məqami-cifrisi min beş yüz altı (1506 – M. 2082) edib, bu tarixə qədər zahir və aşikaranə, bəlkə qalibanə, sonra ta qırx ikiyə qədər, gizli və məğlubiyyət içində vəzifeyi-tənviriyəsinə davam edəcəyinə rəmzə yaxın işarə edər. Və`l-ilmü indAllah. “Gerçək elm ancaq Allah Qatındadır”. “HATTA YƏ`TİYALLAHÜ Bİ ƏMRİHİ”. “Allahın əmri gəlincəyə qədər (yəni qiyamətin qopmasına qədər)” (şəddə sayılır) fıkrasının məqami-cifrisi min beş yüz qırx beş (1545 – M.2120) olub, kafirin başında qiyamət qopmasına işarə edər. La ya`ləmu`l-ğaybə illAllah (Qeybi Allahdan başqası bilməz).

Göründüyü kimi, Bədüzzaman Səid Nursi Peyğəmbərimizin (s.ə.v) hədislərindən və əbcədlərindən istifadə edərək Axırzamanda İslamı üç dövrə bölmüşdür.

Ca-yı diqqət və heyrətdir ki, üç fıkranın bilittifak min beş yüz tarixini göstərmələri ilə bərabər, tamamilə məqbul və hikmətli sürətdə min beş yüz altıdan (1506 – M. 2082) ta qırx ikiyə (1542 – M. 2117), ta qırx beşə (1545 – M.2120) qədər üç böyük dəyişikliyin ayrı-ayrı zamanlarına tətabuk (bir-birinə uyğun gəlməsi) və təvafüqlərdir. Bu işarələr ancaq bir təvafüq olduğundan dəlil olmaz və qüvvətli deyil, fəqət birdən ihtar edilməsi mənə qənaət verdi. Həm qiyamətin vaxtını qəti tərzdə kimsə bilməz, lakin belə işarələrlə bir növ qənaət, bir qalib ehtimal ola bilər. Fatihədə “SIRATİ MÜSTƏKİM” (doğru yol) əshabının taifeyi-kübrasını (ən böyük tayfasını) tərif edən “ƏLLƏZİNƏ ƏNƏMTƏ ƏLEYHİM” (özlərinə nemət verdiklərinin) fırkası şəddəsiz min beş yüz altı və ya yeddi edərək “ZAHİRİNƏ ALƏL HAQQI” (haqq üzərində olacaqdır) fıkrasının məqamına təvafüqü və mənasına tətabuku (uyğunluğu) və şəddə sayılsa (hədisdə keçən) “LA TƏZALQ TAİFƏTÜN MİN ÜMMƏTİ” (ümmətimdən bir tayfa) fıkrasına üç fərqlə tam muvafakatı və mənən mutabakatı bu hədisin işarəsini teyyid edib rəmz (gizli işarə) dərəcəsinə çıxarır. Və mütəaddid ayəti-Quraniyyədə “SIRATİ MÜSTƏKİM” (doğru yol) kəlməsi bir məna rəmzilə Risaleyi Nura mənaca və cifircə işarə etməsi rəmzə yaxın bir işarə ilə, Risaleyi Nur şagirdlərinin tayfası, Axırzamanda o taifeyi-kübrayi azamın (o böyük tayfanın) axırlarında (sonlarında) bir hizbi-məqbul olacağına işarə edər deyə, defatən birdən ihtar edildi. “Gerçək elm ancaq Allah Qatındadır”. “Qeybi yalnız Alah bilir”.

Bədüzzaman Səid Nursi hicri 1506-cı ilə qədər, yəni miladi 2082-ci ilə qədər İslam “qalibanə” olacaq deyir, yəni İslamın mükəmməl şəkildə yayılaraq, gücünü artıraraq inkişaf edəcəyini müjdələyir.

Ustad hicri 1506-cı ildən sonra, yəni 2082-ci ildə pozulma başlayacağını bildirir. Çünki hz. Mehdi və İsa Məsih vəfat edəcək, İslam pozulmağa başlayacaq, artıq xristianlıq, yəhudilik qalxacaq, dinsizlik getdikcə yayılacaq, müsəlmanlar gizli ibadət etməyə başlayacaqlar, yəni İslam məğlubiyyət içinə girəcəkdir (Doğrusunu Allah bilir).

Bədüzzaman Səid Nursi İslamın çökmə nöqtəsi olaraq hicri 1542-ci il tarixini, yəni 2117-ci il tarixini verir. Bu tarixdən sonra İslamın tamamilə ortadan qalxacağı, Quranın göyə rəf ediləcəyi çox çətin iki-üç il keçəcəyini və hicri 1545-ci ildə, yəni 2120-ci ildə qiyamətin qopacağını bildirir (Doğrusunu Allah bilir).

Bədiüzzamanın yaxın tələbələrindən Mustafa Sunqur Ağabəy Bədiüzzamanın qiyamətlə əlaqədar açıqlamalarını belə bildirir:

9-cu Beynəlxalq Bədiüzzaman Simpoziumundan

Jurnalist: Ustadın “həyatım həyatınla davam edəcək. Sunqur Nurun bayramları olacaq. Mən o bayramlara çata bilməyəcəm, görə bilməyəcəm, amma sən çatacaq, görəcəksən, gəlib mənə qəbrimin başında danışacaqsan” deyə buyurduğu, həbsxanalarda Ustadla bərabər əzab çəkmiş Mustafa Sunqur Ağabəyə verirəm sözü. Buyurun, Ağabəy.

Mustafa Sunqur Ağabəy: “Bu an dünyanın son döründəyik.” La təzalü taifətün min ümməti zahirinə aləl-hakkı...” La tüzalü taifətün min ümməti”, 1542 edir, deyir bir məktubunda. O zamana qədər Risaleyi-Nur davam edəcək. “Zahirinə aləl-hak”. “Haqq üzərində qalib olacaqdır”. Bu tarix, yəni 1506. Bu tarixə qədər zahir və aşikaranə, bəlkə qalibanə. Bundan sonra ta 1542-yə qədər, 1506-dan 1542-yə qədər gizli və məğlubiyyət içində vəzifeyi tənviriyəsinə davam edər. Demək, bu son zamanları.... Nə isə, bunlar qeybi şeylərdir. Alakulla 1-2 il olsa belə, bunlar zamanla çıxacaqdır. Əminəm çıxacaq. Biz son dövrdəyik, son zamanda, son ərdəyik”.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 200 Bölmə: Maraqlı melumatlar
loading...