Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslama Görə Yemək Yeməyin Vacib Xüsusiyyətləri

İslam dini, Müsəlmanın gündəlik həyatının nizamlı bir şəkildə olmasını buyurur və bu xüsusiyyəti Qur`anİ Kərim və Hədisi Şəriflərlə açıqlamışdır.

Gündəlik yaşayış haqqında Peyğəmbər Əfəndimiz (s.a.s)dən rəvayət edilən Hədislərdən bir çoxu yemək ədəbinə aiddir. Rasulullah (s.a.s) hər işinə ALLAH Təalanın adını zikr edərək başlamağı sevərdi. Bu mübarək adətləri, yeməyə başlarkən də eyni idi. Yeməkdən əvvəl əllərini yumağı təxirə salmazdı, sağ əliylə və qarşısından yeyərdi. Başlayarkən "Bismilləh" və ya "Bismilləhir-rahmənir-rahim" deyərdi. Hz. Peyğəmbər (ə.s), yeməyə başlarkən bismillah deməyi unudan kimsənin "Bismilləhi evvelihi və axirihi" deməsini tövsiyə etmişdir.(Əbu Davud, III, 475).
Yemək ədəbi mövzusunda diqqət yetirilməsi lazım olan digər xüsusiyyətlər beləcə sıralana bilər:

1-Tikəni ağıza görə götürməli və yaxşıca çeynədikdən sonra udmalı;

2- Tikəni udmadıqca ikinci tikəyə əl uzatmamalı;

3- Çörəyi dişlərlə qoparmamalı;

4- Ağızda çörək varkən kimsə ilə danışmamalı;

5- Yeməyin soyudulması üçün içinə üfləməməli;

6- Başqalarını iyrəndirəcək davranışlar etməməli;

7- Başqalarının tikəsinə və yeməsinə baxmamalı;

8- Tikəni ağıza qoyarkən, başı qaba doğru uzatmamalı;

9-Yeməkdə israf etməməli, tikəni və verilən yeməyi bitirməyə çalışmalı;

10- Ağızdan bir şey çıxarmaq lazım olsa, üzü süfrədən çevirməli və o şeyi sol əl ilə etməli;

11- Qoparılan tikəni yeməklərin içinə batırarkən diqqət yetirməli, barmaqların yeməyə girməməsini təmin etməli;

12- Camaatla yemək yeyərkən, hər kəsin yeyib bitirməsini gözləməli, daha əvvəl süfrədən qalxmamalı;

13- Yeməyə əvvəl yaşca və ya mövqecə böyük olan adamın başlamasını gözləməli;

14- Küçələrdə və ayaqda çörək yeməməyə diqqət yetirilməli;

15-Çörək qırıntılarının nemət olduğunu unutmamalı və onlara lazım olan diqqət göstərilməli;

16- Yemək yemə işi bitincə allahın verdiyi bu qədər nemətlə qarşı bir şükr ifadəsi olaraq dua etməli və qısaca "Əlhəmdülillah" deməli ;

17- Yeməkdən sonra əllər yaxşıca yuyulmalı, dişlər fırça və ya misvak ilə təmizlənməlidir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...