Allahın sevimli qullarından
biri bir yuxu görər.
Yuxusunda özünə belə
deyilir: "Səhər olunca,
qarşına ilk çıxanı ye, ikinci
çıxanı saxla, üçüncü çıxanın
diləyini qəbul et, dördüncü
gələni üzmə, beşincidən də
qaç!" Səhər oldu. Çölə çıxdı.
Yola qoyulub getdi. Qarşısına
bir dağ çıxdı. Bu böyük dağı
görüncə çaşdı. Öz-özünə belə
dedi: Rəbbim mənə bunu
yeməmi əmr etdi. Sonra belə
dedi: "Rəbbim mənə
gücümün çatmayacağı bir
şeyi əmr etməz". Onu yeməyə
qərar verdi. Dağa doğru
getdi. Yaxınlaşdıqca dağ
kiçildi. Tam yaxınlaşdığı
zaman böyük dağ bir
loxmaya çevrilmişdi. Onu
tutub yedi, dadı baldan şirin
idi.
Allaha həmd etdi və getdi.
Qarşısına qızıldan bir ləyən
çıxdı. Belə dedi: "Rəbbim,
bunu da saxlamamı əmr
etdi". Bir çuxur qazdı, onu
basdırdı. Getdi, az getdikdən
sonra dönüb baxdı. Ləyən
torpaq üzünə çıxmışdı. Geri
döndü, təkrar basdırdı. Bir az
getdi, baxdı ki, yenə çıxmış
bir daha basdırdı, yenə
torpaq üstünə çıxdı. Öz-
özünə, "Mən əmr ediləni
etdim." deyərək buraxıb
getdi. Qarşısına bir quş çıxdı.
Arxasından bir şahin onu
qovurdu. Quş ona belə dedi:
"Ey Allahın sevimli qulu, məni
saxla. Mənə kömək et." Onu
götürdü. Arxasından şahin
gəlib belə dedi: "Ey Allahın
sevimli qulu. Səhərdən bəri
də bu quşun arxasındayam.
Onu tutmaq istəyirəm.
Qismətimə mane olma". Öz-
özünə belə dedi: "Üçüncünün
diləyini etməm əmri verildi,
etdim. Dördüncünü
üzməməm əmr edildi. İndi nə
edəcəyəm?" Bu işə çaşdı.
Sonra bıçaq götürdü, öz
uyluğundan bir parça ət
kəsdi, şahinə atdı; o da qapıb
qaçdı. Daha sonra quşu saldı.
Bundan sonra, getdi.
İylənmiş bir leş gördü. Onu
da buraxıb qaçdı. Axşam
olunca bu duanı etdi: "Ya
Rəbbim, əmrini yerinə
yetirdim. Bu işlərin mənası
nə isə mənə bildir."
Daha sonra, yuxusunda belə
izah edildi:
"Birinci görüb yediyin
hirsdir". Əvvəl böyük bir dağ
kimi görülər. Səbrlə hirs
udulsa, baldan şirin olar.
"İkincisi yaxşı əməlindir". Nə
qədər saxlasan saxla, yenə
meydana çıxar.
"Üçüncüsü, sənə buraxılan
bir əmanətdir". Ona xəyanət
etmə.
"Dördüncüsü budur: Bir
insanın sənə bir diləyi çatsa,
onu yerinə yetir". İstəsə sənə
lazım olan bir şey olsun.
"Beşincisi qeybətdir".
İnsanların qeybətini
edənlərdən qaç. Şübhəsiz hər
şeyi bilən Allahdır. Tanrı
qəzəbinə gələcək nəsə etmə...
Əgər etsən Şeytana yar
olarsan...
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 146 Bölmə: Maraqlı melumatlar