Nənəsinin sözləri əks-sədalandı qulaqlarında: "Oğlum namaz heç bu vaxta buraxılarmı?!" Nənəsinin yaşı yetmiş olardı, amma azan oxunduğu vaxt yerindən sıçrayar, yaşından gözlənilməyəcək bir sürətlə dəstəmazını alar və namazını qılardı.
Özü isə, nəfsini heç cür məğlub edə bilmirdi. Nə olursa, həmişə... Namaz son dəqiqələrə qalır, bu səbəblə namazını tələm-tələsik qılardı. Bunu düşünərək qalxdı yerindən, gözü saata dəydi. Şam azanının oxunmasına on beş dəqiqə qalmışdı. Başını hər iki istiqamətə peşmanlıqla yelləyərək, "Yenə gecikdirdim namazı." dedi öz-özünə. Cəld hərəkətlərlə dəstəmazını aldı və daha əlini üzünü tam qurulamadan özünü otağına atdı. Məcbur olaraq, sürətli hərəkətlərlə namazı qıldı. Təsbihatını edərkən nənəsini düşünmədən edə bilmədi."Bu halımı görsə, şirin-sərt qızardı yenə mənə." dedi.
Çox sevirdi onu...Hələ elə bir namaz qılışı vardı ki, onu həmişə bir göy qurşağı heyranlığıyla seyr edərdi. Namazda elə bir duruşu vardı ki, hicabından rəngdən rəngə girərdi...Duasını edərkən, başını əllərinin arasına götürüb səcdəyə dayandı. Namazdan sonra bir müddət bu şəkil təfəkkür etməyi sevərdi. Gözləri bağlanar kimi oldu. "Nə qədər də yorulmuşam." dedi. Fikrə getdi eləcə...
Qiyamət qopmuşdu...Məhşəri bir izdiham vardı. Hər istiqamət insanlarla dolu idi. Kimi dona qalmış, hərəkətsiz bir şəkildə ətrafı izləyir; Kimi sağa sola qaçdırır, kimisi də diz çökmüş, başı əllərinin arasında gözləyirdi. Ürəyi yerindən atılacaq kimi atır, sanki qəfəsindən xilas olmağa çalışır, soyuq soyuq tərlər tökürdü. Həyatdaykən qiyamət, sorğu sual və mizan haqqında çox şey eşitmiş və axirət həyatı adına bu anlayışlar özü üçün künc daşı olmuşdu. Amma məhşər meydanında ürpərdi, qorxu və gözləyişin bu cür dəhşət verəcəyini düşünməmişdi.
Hesab və sorğu davam edirdi. Bu vaxt onun adını da oxudular. Heyrətlə bir sağa, bir sola baxdı. "Mənim adımımı oxudunuz?" dedi dodaqları titrəyərək...
İzdiham birdən yarılmış, bir yol olmuşdu qarşısında, iki adam qollarına girdi. Məhşər meydanının vəzifəliləri olduqları müəyyən idi. İzdiham arasından çaşmış baxışlarla getdi. Mərkəzi bir yerə gəlmişdilər. Mələklər hər iki yanından uzaqlaşdılar. Başı önündə idi bütün həyatı, bir film kimi keçirdi gözlərinin qarşısından...
" Şükrlər olsun " dedi, öz-özünə və davam etdi;" Gözlərimi dünyaya açdım, həmişə xidmət edən insanları gördüm. Atam söhbətlərdən söhbətlərə qaçır, malını İslam yolunda xərcləyirdi. Anam evə gələn qonaqları ağırlayır, yemək süfrələrin biri qalxıb , bir yenisi qurulurdu. Mən isə, həmişə bu yolda oldum. İnsanlara xidmətə çalışdım. Onlara Allahı izah etdim. Namazımı qıldım. Orucumu tutdum. Fərz olan nə varsa yerinə yetirdim. Haramlardan qaçındım. "Kirpiklərindən aşağı gözyaşları tökülərkən, "Rəbbimi sevirəm, heç olmasa sevdiyimi zənn edirəm." deyirdi. Amma bir tərəfdən də "Onun üçün nə etsəm az, Cənnəti qazanmama çatmaz." deyə düşünürdü. Tək sığınacağı Allahın rəhməti idi. Hesab sürdükcə sürdü. Muncuq muncuq tərləyirdi. İslaq olmuş, tir - tir titrəyirdi...
Gözləri tərəzinin əqrəbindəki nəticəni gözləyirdi. Sonunda hökm veriləcəkdi. Vəzifəli mələklər əllərində bir kağız, məhşər meydanındakı kütləyə döndülər. Əvvəl adı oxundu. Artıq ayaqları tutmaz olmuşdu. Haradasa yıxılıb qalacaqdı. Həyəcandan gözlərini bağlamış, oxunacaq hökmə qulaq kəsilmişdi. Məhşəri izdihamdan bir uğultu yüksəldi. Qulaqları səhvmi eşidirdi??? adı Cəhənnəmliklər Siyahısında idi. Dizlərinin üstünə yığıldı. Heyrətdən dona qalmışdı...
" Olmaaaazzzz " deyə qışqırdı. Sağa sola qaçdırdı. "Mən necə Cəhənnəmlik olaram? Həyatım boyunca ibadət edən insanlarla birliklə oldum. Onlarla birlikdə qaçdırdım. Həmişə rəbbimə ibadət edirdim."deyirdi.
Gözləri sağnaq olmuş, titrək bədənini isladırdı . Vəzifəli iki mələk qollarından tutdu. Ayaqlarını sürüyərək və izdihamı yararaq alovları göylərə yüksələn Cəhənnəmə doğru getməyə başladılar. Çırpınırdı. Mədət yox idimi? Bir kömək edən çıxmayacaq idimi?
Dodaqlarından sözlər qırıq dökük, yalvarmaqla qarışıq töküldü..
"Savablarım...
Oruclarım...
Oxuduğum Quranlar...
Namazım...
Heç biri məni qurtarmayacaqdı???" deyirdi.
Qışqıra qışqıra yalvarırdı. Cəhənnəm mələkləri onu sürüməyə davam etdilər. Alovlara çox yaxınlaşmışlardılar . Başını geriyə çevirdi. Son çırpınışları idi.
Rəsulullah (s.ə.s.),
"Evinin qarşısında axan bir çay içində gündə beş dəfə yuyunan bir insanı o çay necə təmizləyər, gündə beş defe namazda insanı günahlardan elə təmizləyər." buyururdu.
"Halbuki mənim namazlarımdamı məni qurtarmayacaq?" deyə düşünürdü.
" Namazlarım....Namazlarım....Namazlarım." deyə deyə hıçqırdı.
Vəzifəli mələklər heç dayanmadılar. Getməyə davam etdilər; Cəhənnəm çuxurunun başına gəldilər. Alovların hərarəti üzünü yandırırdı. Son bir dəfə dönüb geriyə baxdı. Artıq gözləri də qurumuşdu. Ümidləri sönmüşdü. Başını önə əydi. İkiqat oldu. Qollarını sıxan barmaqlar həll edildi. Cəhənnəm mələklərindən biri onu itələdi. Bədənini birdən birə havada tapdı. Alovlara doğru düşürdü. Tam bir iki metr düşmüşdü ki, bir əl qolundan tutdu. Başını qaldırdı. Yuxarıya baxdı. Uzun ağ saqqallı bir qoca onu düşməkdən qurtarmışdı, özünü yuxarıya çəkdi. Üstündəki , başındakı tozu silkələyərək qocanın üzünə baxdı.
"Sən də kimsən ?" dedi.
Qoca gülümsədi:
" Mən sənin Namazlarınam."
"Niyə bu qədər gecikdin???
Son anda çatdın???
Az qala düşürdüm!" dedi
Qoca üzünü gərərək, təkrar güldü; Başını yellədi;
" Sən məni həmişə son anda yetişdirərdin, xatırladınmı?
Səcdəyə qaldığı yerdən başını qaldırdı. Qan tər içində qalmışdı. Çöldən gələn səsə qulaq asdı. Şam azanı oxunurdu. Bir ox kimi yerindən atıldı. Dəstəmaz götürməyə gedirdi... "
INSALLAH gelin calisaq butun ibadetlerimizi vaxtinda ve deqiq yerine yetirek ki,sonra bu hallari yasamayaq...AMIN INSALLAH!!! ALLAH onun yolunda olan her bir ibadetimizi qebul etsin INSALLAH AMIN!!!
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 218 Bölmə: Maraqlı melumatlar