Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hər Anında ALLAHa Dua Et!

Əgər duanın faydasına
inanmirsansa, heç faydasını görməzsən
də. Dua
bəndənin öz dərdlərini,
ehtiyaclarını ALLAHA deməsi və kömək
istəməsidir. Dua bir tərbiyə məktəbidir, insanin
öz RƏBBİ qarşısında acizliyini etiraf
etməsi və Sonsuz Qüdrət Sahibindən
yardım istəməsidir.
Dua ilə ALLAHA yalvarmayan, insanlar
qarşısında aciz qalar, ALLAHA qul olmayan qula
qul olar. Ona
görə də, duanı dilinizdın əksik etməyin,
və əmin
olun ki, sizin duanız eşidilir. ALLAHDAN
bir şey istəyəndə də iki məqamı unutmayın:
əvvəla, nə istəyirsinizsə, xeyirlisini istəyin və bir də
israrlı olun. Peyğəmbərimiz buyuru ki,
dua
edəndə dilənci bir şeyi almaq üçün nə
qədər
israr edirsə, siz də ALLAHDAN bir şey istəyəndə
o cür davranın. Bir də, duanın ədəbi
var.
Çığiraraq, bağıraraq bir şey istəmək
olmaz. ALLAH bizim qəlblərimizi də
görür, ehtiyaclarımızı da bilir. Bir də yetimin, zülmə uğrayanın
duasını
almağa çalışın, onlar sizin üçün dua
etsinlər və siz
əmin olun ki, ALLAH onların duasından
sizə xeyir- bərəkət verəcək. Yalnız hamımız üçün
bir vacib
dua varki oda, ANA DUASIDIR. . . Səhər
yerinizdən duranda " ALLAHIM, bu
günümü
xeyirli elə" deyin, işə, dərsə gedəndə " ALLAHIM,
əməllərimi xeyirə çevir" deyə dua edin,
maaş
alanda " ALLAHIM, bu puluma xeyir
nəsib elə"
deyə yalvarın. Bir sözlə, hər işdə bir dua oxuyun.
Hər duanıza da, ALLAHIN və
RƏSULULLAHIN adını qoşun ki, istəyiniz
qəbul olsun. Dua etməkdən
çəkinməyin, dua ibadətdir və ALLAH
dua edən qullarını sevər. Sonda bir məqamı
xatırlatmaq
istərdim. Əgər ALLAH sizə sizin
istədiyiniz yox,
başqa bir şey verirsə, fƏryad etməyin,
onun daha xeyirli olduğunu düşünün. Ay niə
filankəs bahalı maşin sürür mən yox,o
niə işdə daha uğurludu
mən yox, niə universitetə qəbul oldu
mən yox,
niə ailə qurdu mən qaldım,yəqin ALLAH məni
cox istəmir. Belə sözlər deyib günaha
girməkdənsə əlinizdə olanlara şükür
edin..

ALLAH DUALARINIZI QEBUL ETSİN. AMİN!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 105 Bölmə: Maraqlı melumatlar
loading...