Son günlərdə mətbuata tez-tez ana qatili uşaqların xəbərləri əks olunur. Bu gənclərimizin etdiyini cinayət sözüylə izah etmək mümkün deyil, bu edilən cinayətin çox çox kənarlarında bir şey bəlkə bir vəhşilik. İnsanın ağılının dözə bilməyəcəyi planlarla, soyuqqanlılıqla reallaşdırılmış ,insanın qanını donduran bu cinayətlər,insanları şoka salır.
Mətbuatda çıxan xəbərlərə görə bu uşaqların ortaq nöqtələri hamısının da varlıqlı və boşanmış ailənin uşaqları olmalarıdır. Bu cinayətlərdən birini işləyən Bursalı V. F polisin satanistsənmi sualını belə cavablayır ‘'Allaha inanmıram ki, onun yaratdığı şeytana tapınım? satanist deyil, ateistəm''deyir. Eyni zamanda ‘'Spirtli hərəkat partiyası''adlı bir qrupa da üzv ,spirt alan bir gənc ,bu cinayətlər hətta cinayət deyimi qeyri-kafi qalar vəhşilik deyim cəmiyyət olaraq əlbəttə ki, hamımızı dərindən sarsıttı. .Amma yenə cəmiyyət olaraq oturub düşünməmiz və bu hadisələri analiz etməyimiz gərəkdir.
Allahın əlimizə tərtəmiz olaraq verdiyi bu uşaqları əvvəl valideynləri ,sonrada cəmiyyət olaraq bizlər bu şəkilə salmadıqmı? Elə isə bu vəhşiliklər bizə göstərir ki, gərək valideynlərdə, ictimai mühitdə bir problem mövcuddur.
Cəmiyyət olaraq bu səviyyəyə çatmağımız dini həyatımızdan tədrici olaraq uzaqlaşmağımızla başladı. Buraxın uşaqlarına dinlərini öyrətməyi, dinin ‘'d''sine belə dözüm edə bilməyən müasir və müasir insanımız ,məktəblərdə belə din dərslərindən ,birdən uşaqlarının zehinlərinə bir Allah kəlamı düşməsindən qorxan, illərcə din tədrisinin seçməli dərs olmasının mübarizəsini etmiş döyüşçülərdir.
Bizlər səhvi Allahı həyatımızdan, evimizdən, həyatımızdan çıxararaq etdik. Mənəvi dəyərlərdən uzaqlaşıb ,həyatı yalnız pul, maddi dəyərlər, zövq, səfa, hesab edib uşaqlarıda bu inkarçı və materialist ,əxlaq məfhumundan bixəbər zehniyyətlə yetişdirməklə etdik.
Ustad Təbatabai təfsirində buyurub; ‘'Gözəl əxlaq ilə qorunan iman dəstəyi ilə insanlar ancaq xoşbəxt ola bilər. Gözəl əxlaq isə, tövhid inancı ilə mümkündür. O halda tövhid inancı, insanlığın xoşbəxtlik ağacının üzərində yaşıllaşdığı bir kök, gözəl əxlaq da bu kökdən doğan budaqlar sayəsindədir. Cəmiyyət həyatında gözəl meyvələri bu budaqlar təqdim edirlər''
Allah inancı olmayan insanın potensial təhlükə olduğunu inşallah qəbul etmişik artıq. Mən deyirəm ki bunlar hələ yaxınlaşan təhlükənin ayaq səsləri və bu ayaq səslərinə qulaqlarımızı tıxamağa davam etsək, ictimai bir böhrana doğru gedəcək olacağıq.
Və yenə deyirəm ki ;Ey bu ölkənin aydın və müasir, qabaqcıl insanları! İnsanların ürəyindən Allah inancını sökərək onları azadlaşdırdığını, köləlikdən qurtardığını düşünənlər ,əl çəkin bu ölkənin qızlarının hicabları ilə ,inanclarıyla məşğul olmaqdan,görmürsünüzmü artıq böhrana doğru gedirik!
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 99 Bölmə: Maraqlı melumatlar