Dedim: Çox tənhayam. 
 Dedi: Mən ki sənə çox yaxınam. ("Bəqərə",186) 
 Dedim: Bilirəm SƏN mənə yaxınsan, amma mən SƏNDƏN uzağam. Kaş ki mən də SƏNƏ yaxın ola biləydim. 
 Dedi: Səhər-axşam yalvararaq, qorxaraq, səsini qaldırmadan ürəyində RƏBBİNİ yad et. ("Əraf", 205) 
 Dedim: Bu da SƏNİN köməyini istəyər. 
 Dedi: ALLAHIN sizi bağışlamasını istəməzsinizmi? ("Nur", 22) 
 Dedim: Əlbəttə ki, məni bağışlamağını çox istəyirəm. 
 Dedi: (Elə isə) RƏBBİNİZDƏN bağışlanmağınızı diləyin və ONA tövbə edin. Həqiqətən, RƏBBİM (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir! ("Hud", 90) 
 Dedim: Çox günahkaram, bu qədər günahla mən nə edim? 
 Dedi: Məgər onlar bilmirlər ki, ALLAH qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar. Və ALLAH tövbələri qəbul edəndir, rəhmlidir?! ("Tövbə", 104) 
 Dedim: Dəfələrlə tövbə edib tövbəmi pozdum, artıq üzüm qalmadı.
 Dedi: Günahları bağışlayan, tövbələri qəbul edən, cəzası şiddətli, kərəmi böyük olan (ALLAHDIR)! Ondan başqa heç bir tanrı yoxdur. ("Ğafir", 3) 
 Dedim: Bu qədər günahım var, hansının tövbəsini edim?! 
 Dedi: ALLAH bütün günahları bağışlayandır. ("Zumər", 53) 
 Dedim: Yəni gəlsəm, yenə məni bağışlayarsanmı? 
 Dedi: Axı günahları ALLAHDAN başqa kim bağışlaya bilər? ("Ali-İmran", 135) 
 Dedim: Nə qədər gözəlsən ALLAHIM! Bilmirəm bu sözlərin qarşısında nə üçün içim içimə sığmır və şam kimi yanmağa başlayıram, Səni çox sevirəm. 
 Dedi: Şübhəsiz ki, ALLAH tövbə edənləri və təmizlənənləri sevir. ('Beqere', 222) 
 Birdən: “İLAHIM və RƏBBİM, mənim SƏNDƏN başqa kimim var”, -dedim. 
 O da: “ALLAH ÖZ bəndəsinə kifayət deyilmi?” ("Zumər", 36) - dedi.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar