Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mescide Getmirsenmi?

Yolda qarşılaşdığımız zaman azan verilirdi. -Gəl gedək məscidə.Yəqin bilirsən bu gün cümədir. -Bilirəm.Amma onu da bilirsən ki, mən heç vaxt məscidə getmirəm. -Məscidə getmədiyini bilirəm.Amma çoxdandır bunun səbəbini axtarıram.Həqiqətən, maraqlıdır, məscidə niyə getmirsən? -Nə bilim!Özün bilirsən ki, geyim həvəskarıyam.Düşünürəm ki, məsciddə oturarkən bütün fikrim geyimimdə olacaq.Həm də şalvarın yerə sürtülüb,rənginin pozulmasından qorxuram. Qeyri ixtiyari gülməyə başladım:
-Hər halda zarafat edirsən, bunun üçünmü məscidi tərk etmisən?Bəs həyatında heç olmasa bir dəfə də olsa məscidə getməmisənmi? -Uşaq ikən bir dəfə babam ilə getmişdim.Amma artıq inanmıram ki, nə vaxtsa məscidə gedəcəm. Söylədikləri məni dəhşətə gətirmişdir.Bir qədər getdikdən sonra ayrıldıq. Bu hadisədən iki ay keçmişdir.Onun məsciddə olduğunu eşitdim.Tələsik həmin məscidə yollandım.Bəli məsciddə idi, özü də namaz səflərinin ən önündə.Yavaşca yanına yaxınlaşdım: -Nə oldu?Bəs bir daha məscidə gəlməyəcəkdin? Heç səsini çıxarmadı.Çünki yaşıl örtülü tabutun içində yatırdı.
-----------


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar
loading...