Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Ramazan AyI

Könüllər sultanı Peyğəmbər Əfəndimiz (s.ə.s) arucun fərz qılınmasında sonra Ramazan ayından bir gün əvvəl müsəlmanlarla belə bir söhbət etmişdir:

-Ey insanlar! Uca və mübarək bir ayın kölgəsi üzərinizə düşdü. O ayda bir gecə vardır ki, min aydan daha xeyirlidir. Allah o ayda oruc tutmağı fərz, gecə vaxtı ibadət etməyi (təravih qılmağı) nafilə ibadəti buyurdu.

O ayda bir yaxşılıq edən kimsə olur. O ayda bir fərz işləyən kimsə isə digər aylarda yetmış fərz işləyən kimidir. O, səbir ayıdır, səbrin mükafatı isə cənnətdir.

O yardımlaşma aydır. O ayda möminin ruzisi bol olar. O ayda kim bir orucluya iftar verərsə bu, günahlarının bağışlanmasına və cəhənnəmdən qurtulmasına vəsilə olar.

Eyni zamanda ona oruclunun savabı qədər savab yazılar. Oruclunun savabından ola bir şey əskilməz.

Bu vaxt bəziləri:

-Ey Allahın elçisi! Hamımız orucluyaiftar verərək bir şey tapmırıq, - deyincə əfəndimiz (s.ə.s) belə buyurur:

-Allah bu savabı (iftar verən üçün) orucluya quru bir xurma ilə və ya bir qurtum su ilə iftar verənə də nəsib edər.

O elə bir aydır ki, başlanğıcı rəhmət ortası bağışlnma və sonu da cəhənnəm alovundan qurtuluşdur. O ayda qul və xidmətçilərin işini yüngülləşdirən kimsəni Allah bağışlar və cəhənnəmdən qurtarar.


ALLAH İBADƏTLƏRİMİZİ QƏBUL ETSİN. HƏR BİR ŞEYİN ƏN XEYİRLİSİNİ BİZLƏR ÜÇÜN ETSİN.

Həyat düşünənlər üçün komediya, hiss edənlər üçün tragediyadır. . .
0


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 79 Bölmə: Maraqlı melumatlar
loading...