Bir anda yuxudan oyandım. Çox
maraqlı bir işıq gördüm amma otağımın işığı bağlı idi.
Baxdım saat
3:30 gecə yarısıdı. Çox yaxşı gördüyüm
bu qədər
işıq haradandı görəsən?
Birdən çaşıb qaldım… Baxdım ki, əlimin yarısı
divarın içində. Dərhal əlimi çıxartdım,
qor...xu içində oturub əlimə
baxırdım.
Təkrar ə...limi divara doğru uzat...dım
yenə əlim divarın içinə girirdi!!!!!!!!
Bir gülümsəmə səsi eşitdim. Üzümü
qardaşıma
doğru çevirdim, yatırdı. Qorxu içində
yatağımdan qalxıb qardaşımı
oyandırmağa getdim. Amma cavab vermədi.
Anamın otağına doğru getdim, atamı
oyatmağa
çalışdım.
Mənə cavab vermələrini istəyirdim
amma heç kim cavab vermirdi. Anamı oyandırmaq
üzrəykən, baxdım ki anam
yuxudan oyandı. Yuxudan oyandı
amma mənimlə
danışmırdı.
-Anam “bismilləhir-rahmənir-rahim” deyirdi və
təkrarlayırdı. Atamı oyandırdı, “qalx
qalx bir
uşaqlara baxaq” dedi. “Indi zamanımı,
qoy yataq sabah ola xeyir ola” dedi
atam. Amma anamın israrı üzərinə atam qalxdı, birlikdə otağımıza
doğru
gəldilər. Başladım qışqırmağa, “ana,
ata” amma heç
biri cavab vermirdi!!! Anamın paltarını
çəkir məni dinləməsini istəyirdim amma anam məni
hiss
etmirdi!!! Başladım anamın arxasından
getməyə. Bizim otağımıza girdilər və
anam işıqları yandırdı.
Amma mənim üçün fərq etmirdi çünki mənim üçün
hər tərəf işıq idi. Tam o sırada çox
maraqlı bir şeylə
qarşılaşdım. Öz vücüdumu gördüm!!!
Bəli öz vücüdumu…
Oturub öz özümü seyr edirdim, iki dənəydim. Öz özümə soruşurdum
kimdir bu görəsən? Necədə
mənə bənzəyir!!! Başladım öz özümü
oyandırmağa,
bu kabusdan xilas olum deyə, amma
oyana bilmədim…
Atam anama dedi “bax yatırlar, gel
gedək“. Amma
anam sakit ola bilmədi və mənim
yatdığım yatağa doğru gələrək məni
oyandırmağa başladı “oyan Məhəmməd, oyan mənə cavab ver“.
Amma cavab
verə bilmirdim!!!
Bir neçə dəfə oyatmağa çalışdı amma
yox... Birdən
baxdım ki, atamın gözlərindən yaşlar tökülür. O
atam ki, indiyə qədər onun göz
yaşlarını görə bilməmişdim.
Qışqırışmalar başladı o yerdən ..
qardaşım oyandı
və soruşdu nə oldu? Anam ona qışqıraraq, böyük qardaşın
Məhəmməd
ölmüş. Çox kədərli bir şəkildə ağlayırdı.
Qışqırmalar
çoxaldı. Bu da mənim ruhuma qəribə
bir əzab, sızıltı verirdi. Anama yaxınlaşaraq, ana ağlama mən
burdayam
bax mənə!! Amma heç kim mənə cavab
vermirdi,
niyə? səbəb nə idi?
Oturub qışqırmağa başladım, burdayam baxın
mənə. Amma yenə heç biri mənə cavab
vermirdi. Başladım “Ya RƏBB, Ya RƏBB
nə olar məni bu
yuxudan və olduğum vəziyyətdən
qurtar” -deyə yalvarmağa. Uzaqdan bir səs eşitdim və
getdikcədə
yüksəlirdi. Bu səs ALLAHu Təalanın bir
ayəsi idi…
(And olsun sən bundan qabaq qəflətdə
idin, dərhal biz sənin pərdəni qaldırdıq. Bu gün
artıq gözün itidir.)
Birdən iki adam məni tutdu, amma
insan deyildilər.
Çox qorxdum !! Başladım qışqırmağa,
buraxın məni, siz kimsiniz? Nə istəyirsiniz?
“Qəbirə qədər sənin gözətçilərinik”-
dedilər.
“Mən ölmədim, hələ yaşayıram”- dedim
“Niyə məni qəbirə aparırsınız? buraxın
məni!! Mən hiss edirəm, danışıram və görürəm,
mən ölmədim”.
Mənə gülümsəyərək cavab verdilər.
Dedilər- “ey insanlar sizlər çox maraqlı
varlıqlarsınız, sanırsınız ki, ölüm həyatın
sonudur amma bilmirsiniz ki, əslində sizin
yaşadığınız həyat bir yuxudan ibarət
olub, öldüyünüz zaman
oyanırsınız.”
Məni qəbirə doğru çəkirdilər hələ
yoldaykən baxdım ki, mənim kimi insanlar və
yanlarında da
eyni o iki varlıqdan var, kimi ağlayır
kimi gülür və
kimi isə qışqırırdı. Onlardan soruşdum
niyə belə edirlər? Dedilər ki, bu insanlar çaşqınlıq
içərisindədilər, hara
getdiklərini bilirmirlər, kimisi
dəlalətdədir.. qorxu
içində sözlərini kəsərək soruşdum:
“Atəşəmi gedirlər yəni?” – “bəli atəşə, o gülənlər isə
Cənnətə gedirlər”- dedilər Dərhal
soruşdum onlardan- “yaxşı mən hara
gedəcəm”??
Dedilər ki, “Sən bəzən yaxşı gedirdin,
bəzəndə pis. Bəzən tövbə edib sabahsı gün günah
işləyirdin və
izlədiyin yol tam olaraq müəyyən
deyildi”. Sözlərini
qorxu içərisində kəsərək soruşdum:
“Yəni mən atəşəmi gedirəm yoxsa?” Onlarda -“ALLAHın rəhməti genişdir və
səfərdə
uzundur” dedilər.
Üzümü çevirdim qorxu içərisində
baxdım ailəm,
atam, əmim, qardaşlarım və qohumlarım hamısı bir
sandıq içində məni daşıyırdılar. Onlara
doğru getdim və onlara dedim ki,
mənim
üçün dua edin nə olar.
Amma heç kim mənə cavab vermirdi. Kimi
ağlayırdı, kimi isə hüzünlü idi.
Qardaşıma gedərək, “diqqətli ol
dünyanın fitnəsi
səni aldatmasın”-dedim. Məni eşitməsini
çox istəyərdim. O iki mələk məni qəbirdəki cəsədimin üzərinə bağladılar.
Baxdım ki,
atam torpaq atır, qardaşlarım torpaq
atır,
Ordakı insanlar hamısı torpaq atırdı
üzərimə.… dedim - “ahh
Kaş ki, onların yerində olsaydım
ALLAHa tövbə etsəydim…
Kaş ki, dünən səhər namazımı
qılsaydım…
Kaş ki, hər gün RƏBBIMə dua etsəydim…
Kaş ki, hər gün tövbəmi yeniləsəydim…
Kaş ki, pisliklərdən uzaq olsaydım…”
Başladım qışqırmağa, “ey insanlar
diqqətli olun dünya həyatı sizləri
aldatmasın” Heç olmasa birinin məni eşitməsini çox
istəyərdim.
amma…. Elə isə həmin gün "kaş ki..."
sözünü deməməyimiz
üçün fani dünyanın aldadıcı
gözəlliklərinə aldanmayaq, bir hərəkəti etdiyimiz
zaman bizim də
bir gün öləcəyimizi xatırlayaq. Gecə
yatdığımız
zaman "mən bu gün ne səvab iş
gördüm? Ne günah iş gördüm" deyə özümüzü
mühakimə edək. Başımızı yastığa
qoyduğumuz zaman vicdanımız
rahat olaraq yataq....
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 210 Bölmə: Maraqlı melumatlar