Bir gün, bir adam Peyğəmbər
Əfəndimizin yanına gələrək, "Sizə dünya
və axirətlə əlaqəli soruşacaq suallarım
var." deyər. Bunun üzərinə
Peyğəmbərimiz o kimsəyə, "Nə
istəyirsənsə soruş" buyurar. Ardından o adam ilə Peyğəmbər Əfəndimiz
arasında bu dialoq yaşanar: - İnsanların ən zəngini olmaq istəyirəm.
- Qənaətkar olsan insanların ən zəngini
olarsan. - İnsanların ən xeyirlisi olmaq istəyirəm.
- İnsanların ən xeyirlisi, insanlara
faydalı olandır. Sən də insanlara faydalı
ol. - İnsanların ən ədalətlisi olmaq
istəyirəm.
- Özün üçün istədiyini insanlar üçün də
istəsən insanların ən ədalətlisi olarsan. - İnsanlar içində Allaha ən yaxın, Onun
ən xas qullarından olmaq istəyirəm.
- Allahı çox zikr edib xatırlayar və
xatırlasan o zaman Allahın ən xas qulu
olarsan. - Muhsinlerden, yaxşılıq edənlərdən
olmaq istəyirəm.
- Allaha, ONU görür kimi ibadət et, hər
nə qədər sən ONU görməsən də O səni
görür. - İmanımı kamala çatdırmaq istəyirəm.
- Gözəl əxlaqlı olsan imanın kamala
çatar - İnsanların ən mərhəmətlisi olmaq
istəyirəm.
- Əvvəl özünə və insanlara mərhəmət et
ki; Allah da sənə mərhəmət etsin. - Qiyamət günü nur içində yatmaq
istəyirəm.
- Heç kimə zülm etmə, qiyamət günü
nur içində yatarsan. - Günahlarımın azalmasını istəyirəm.
- İstiğfar edərək günahlarının
bağışlanması üçün Allaha yalvarsan
günahların azalar. - İnsanların ən kərimi olmaq istəyirəm.
- Allaha qullarını şikayət etməzsənsə
insanların kərimi olarsan. - Ruzimin bol olmasını istəyirəm.
- Təmizliyə davam etsən ruzinin bol
olar. - Allah və Elçisi tərəfindən sevilmək
istəyirəm.
- O zaman Allah və Rəsulunun
sevdiklərini sev, sevmədiklərini də
sevmə. - Allahın mənə qızmasından özümü
qorumaq istəyirəm.
- Kimsəyə qızmazsansa Allahın
qəzəbindən və qızmasından xilas
olarsan. - Duamın qəbul edilməsini istəyirəm.
- Haramlardan çəkinsən duaların qəbul
olar. - Allahın məni başqalarının yanında
alçaq etməməsini istəyirəm.
- Namusunu qoruyub iffətli ol ki;
insanlar yanında alçaq olmayasan. - Allahın ayıblarımı, qüsurlarımı
örtməsini istəyirəm.
- Qardaşlarının ayıblarını örtsən Allah
da sənin ayıblarını örtər. - Mənim günahlarımı nə silər?
- Gözyaşların, huduun (hörmətlə Allaha
qulluğun) və xəstəliklər - Allah yanında hansı yaxşılıq daha
fəzilətlidir?
- Gözəl əxlaq, bəlalara səbir və qəzaya
razılıq. - Allah yanında ən böyük günah
hansıdır?
- Pis əxlaq və Allahın əmrlərinə qarşı
göstərilən xəsislik - Rəhman Allahın qəzəbini nə dindirər?
- Gizlidən gizliyə sədəqə vermək və
sılasnı rəhm (qohumları ziyarət və
görüb güdmək).
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 103 Bölmə: Maraqlı melumatlar