Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həzrət Peyğəmbərdən Qısa Kəlamlar

Həzrət Peyğəmbərdən qısa kəlamlar

1 - Ölüm, ibrәt dәrsi almaq üçün, pәrhizkarlıq varlı olmaq üçün, ibadәt isә iş vә mәşfuliyyәt üçün kafidir.
2 – Heç bir yaxşı iş iki xüsusiyyәtdәn üstün ola bilmәz; Onlar Allaha iman gәtirmək və Onun bәndәlәrinә yaxşılıq etmәkdәn ibarәtdir. Heç bir pis iş də iki xüsusiyyәtdәn xoşagəlməz sayıla bilmәz; Onlar isə Allaha şәrik qoşub, onun bәndәlәrinә ziyan vurmaqdan ibarәtdir.
3 – Yol yeridikdә tәlәsmәk, mö`minin dәyәrini aradan aparar.
4 - Öz işlәrini qadına tapşıran millәt, sәadәt üzü görmәz.
5 – Xalqın çoxu iki məsələdə aldanmışdır ki, onların biri sağlamlıq, digәri isә asudәçilikdir.
6 - Öz әziyyәtlәrini xalqın üzәrinә atan şәxs, mәl`undur.
7 – İbadәt yeddi hissәdәn ibarәtdir. Onun daha üstünü isə halal (çörәk) qazanmaqdır.
8 – Gözәllik dildәdir.

9– Ümmәtimin әn daha üstün әmәli, fәrәc (açılmış) intizarında olmaqdır.
10 – Dünya, Allah yanında afcaqanadın qanadı tәk dәyәrli olsaydı, heç vaxt onu kağır vә münafiqә vermәzdi.
11 – Alimlәrdәn soruşun, hikmәtli şәxslәrlә danışın vә yoxsullarla (bir yerdә) әylәşin.
12 – Savadı olmayan halda xalqa fәtva verәn şәxs, göy vә yer mәlәklәri tәrәfindәn lә`nәtlәnәr.
13 – Allah–taala yaxşı danışıb, bәhrәlәnәn vә sakit olub, amanda qalan bәndәyә rәhm etsin.
14 – Üç xüsusiyyәtә malik olan şәxsin imanı kamillәşmişdir:

(Birinci): Fərəh və sevinci onu batil işlәrә çәkmәyәn;
(İkinci): Әsәblәşdikdә haqdan kәnara çıxmayan;
(Üçüncü): İqtidara malik olduqda, haqqı olmayan şeyә әl uzatmayan.

15 – Rahatlıq (sakitlik və asta davranış) Allahdan, tәlәsmәk isә şeytandandır.
16 – Hәzrәt Peyğәmbәr (s) bir gün evdәn xaric olduqda, (ağır) daşı yerindәn qaldıranları görüb buyurdu: Sizin daha güclü pәhlivanınız әsәblәşәn halda özünü (tәmkinli) saxlayandır.
17 – Daha üstün imanlınız, daha çox әxlaqlı olanınızdır.
18 – Gülәrüzlü olmaq kinlәri aradan aparar.
19 – Hәya iki cürdür: Ağıllı vә ağılsızlıq (hәyaları); Ağıllı hәya bilikdәn, ağılsızlıq hәyası isә nadanlıqdandır.
20 – Allaha vә cәza (Qiyamәt) gününә imanı olanlar öz vә`dinə әmәl etmәlidir.
21 - Әmәnәti saxlamaq ruzi, әmanәti xәyanәt isә yoxsulluq gәtirər.
22 - Övladın öz ata vә anasına mәhәbbәt dolu baxışı ibadәt sayılır.
23 – Facir (azğın) şәxs tә`riflәndikdә, ilahi әrş titrәyər vә Allah–taala qәzәbә gәlər.
24 – Nadanlıq üzündәn iş görәn şәxsin xarabkarlıqları, islahatından çox olar.
25 – İman iki hissәyә bölünür: Onun yarısı sәbr (dözüm), yarısı isә şükrdәn ibarәtdir.
26 – Hazır olan şәhvәti görmәdiyi vә`dә verilmiş (Behişt) üçün tәrk edәn şәxsә xoş (alqış) olsun.
27 – Ümmәtimdәn iki dәstә saleh olarsa, ümmәtim dә saleh olar, onlar yollarını azarsa, ümmәtim dә yolunu azar. Soruşdular: Ey Allahın elçisi! Onlar kimdir? Buyurdu: Fәqihlәr vә rәhbәrlәr.
28 – Dünya mö`minin zindanı, kağırin isә cәnnәtidir.
29 – Xalq üçün elә bir gün gәlәcәkdir ki, o günün xalqı canavar olacaq vә canavar olmayan canavarlar tәrәfindәn yeyilәcәkdir.
30 – Dünyanın sonunda әn az tapılan şey, e`tibarlı qardaş vә halal pul olacaqdır.
31 – Qur`anın haram etdiyini halal sayan şәxs, (Allaha va İslam dininə) iman gәtirmәmişdir.
32 – Peşimançılıq tövbә (etmәk) -sayılır.
33 – İman qəlbdә әqidә (bağlamaq), dildә danışıq vә bәdәnlә әmәl etmәkdәn ibarәtdir.
34 – Pisliyi tәrk etmәk sәdәqә vermәk (demәk) – dir.
35 – Ümmәtim üçün üç şeydәn qorxuram; (Hәddindәn artıq) paxıllıq, nәfsani istәklәr vә azğın rәhbәrlər.
36 – Heç bir xeyir әmәli riyakarlıq üçün әncam vermә vә (riya olmadıqda da onu) hәya üzündən tәrk etmә.
37 – Peyğəmbərdən (s) soruşdular: Hansı dostlar daha üstündür? Buyurdu: Onu yad etdikdә, sәnә kömәk edәn vә onu unutduqda sәni yad edәn. Xalqın daha pisi kimdir? Buyurdu: Yolunu azmış alim.
38 – Biz Әhli–beytin mürüvvәti bizә zülm edәnlәri әfv etmәk vә bizdәn әsirgәyәnlәrә әta etmәkdir.
39 - Özünü dәrvişliyә vuran şәxs yoxsullaşar.
40 – Sizә yaxşılıq edәnin әvәzini verin, bir şeyiniz olmasa onun yaxşı işini tә`riflәyin ki, tә`riflәmәk (dә bir növ) yaxşılıq sayılır.
41 – Allah yanında ən pis adam elmi ilə əməl etməyib ondan faydalanmayan alimdir.
42 – Әn yaxşı ev yetimin sevildiyi və ona hörmət göstərildiyi evdir.
43 – Başqa adamlara hörmət edin və onların qarşısında təvazökar olun, çünki, təvazökarlıq adamın dəyərini artırar.
44 – Allaha, qiyamətə və cəza gününə inananlar əhdinə vəfalı və bağlı olmalıdırlar.
45 – Uşaqlar ata-analarına məhəbbət və sevgi ilə baxdıqları zaman sanki ibadət edirlər.
46 – Yaxşı və dəyərli dost sahibi olmaq, səadət və xoşbəxtlikdir.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar
loading...