Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ramazanda ürəyimizi qoruyaq!

İftarda çox duzlu, yağlı və şirin qidalardan çox istifadə edən ürək xəstələri bu qidaları birdən və çox miqdarda yediklərində böyük bir risk altına girirlər. Çünki təzyiqi yuxarı olanlarda qan təzyiqində nəzərə çarpan oynamalar olur. Pis qan yağları LDL-xolesterin və triqliserit səviyyələrində qalxmalar yarana bilər. Bütün bunlar kəskin koronar sindromu, qan təzyiqində ani qalxmağa bağlı iflic kimi pis vəziyyətlərə yol açır. Kardioloq mütəxəssisi Doç. Dr. Tayfun Açıl, Ramazan ayında ürəyi yoran 7 səhv vərdişi və bunların yol açdığı sağlamlıq problemlərini belə yekunlaşdırdı:

RAMAZAN AYINDA BU SƏHVLƏRİ ETMƏYİN

1. İftardan sonra xalça meydanında idman etmək: İdman etmək, xüsusilə zəngin Ramazan süfrələrində qarnını ağzına qədər dolduran sağlam insanlar belə infakt, ürək döyüntüləri və ya huşunu itirmə kimi pis nəticələrə səbəb ola bilər. Ürək xəstələrinin isə xüsusi ilə diqqət etməkləri lazımdır. Çünki ürək damarları tıxaclı olan bir adamda, ürəyə gedən qan miqdarı onsuz da az olur. Yemək sonrası qanın bir miqdarı həzm sisteminə doğru yer dəyişdirdiyi üçün bu miqdar daha da azalır. Buna əlavə olaraq ürəyin qan ehtiyacını dəfələrlə artıran futbol kimi ağır idmanlar edilərsə, sinə ağrısı, nəfəs darlığı və döyüntülərlə bağlı çırpıntı yaranır. Hətta adam həyatını belə itirə bilər.

2. Mədəni ağzına qədər doldurmaq:İftarda mədəni ağzına qədər doldurmaq, qanın həzm sisteminə hücum etməsinə səbəb olur. Bu da ürək və beyinə gedən qanın nisbətən azalmasına, bunun nəticəsində də sinə ağrısına, hətta huşunu itirməyə yol açır. Həmçinin diafraqma dolu mədə ürəyə təzyiq edəcəyiı döyüntüləri də nişan ala bilər.

3. Müntəzəm maye qəbul etməmək: Müntəzəm maye qəbul etməmək, xüsusilə isti fəsillərdə son dərəcə vacibdir. Ürək-damar xəstələri müxtəlif səbəblərlə onsuz da sidikqovucu dərmanlar istifadə edirlər. Buna əlavə olaraq maye qəbul etmədikləri halda böyrəkləri kifayət qədər qanla təchiz olunmadığı üçün böyrək çatışmazlığı inkişaf riski meydana gəlir. Həmçinin isti havalarda maye və duz itkisi artır. Bunun nəticəsində qan təzyiqi aşağı enə bilər və bu vəziyyət huşunu itirməklə nəticələnər.

4. Su yerinə qazlı, duzlu və ya şirin içki içmək: İftarda yeməyə başlamazdan əvvəl 1 və ya 2 stəkan su içmək lazımdır. Bütün gün itirilən mayenin yerinə yetirilməsi və toxluq hissinin meydana gəlməsi üçün bu çox vacibdir. Qazlı sular isə diafraqmanın ürəyə təzyiq etməsi, bunun nəticəsində də ürək döyüntüləri və nəfəs darlığına səbəb ola bilir. Duzlu sular da qan təzyiqində yuxarı qalxmalara yol aça bilər. Şirin sular isə qan şəkərində oynamalara səbəb olub, metabolizmanın pozulmasına yol açır.

5. Tərəvəz yerinə ət və xəmir işi əsaslı qidalanmaq:Bütün gün uzun müddətəistirahat eden həzm sisteminə birdən yüklənmək həm metabolizmanı, həm də qan hərəkətinə pis təsir edir. Bu da qan təzyiqinin dəyişikliklərilə bağlı arzu olunmayan kəskin ürək hadisələri ilə ile nəticələnə bilər. Ümumiyyətlə həzm nisbətənn daha asan olan tərəvəz növü qidaları, xüsusilə qırmızı ət və xəmir işi qidalara müraciət etmək lazımdır.

6. İftardan sonra şirniyyat məhsulları və xəmir işi: İftardan sonra salam, kolbasa və basdırma kimi yeməkləri seçim etmek, lazımsız yerə duz qəbul etmək xüsusilə yüksək təzyiq (hipertoniya) və ürək çatışmazlığı xəstələrinə pis təsir edir. Hipertansif tutmasından (qan təzyiqinin həyatını təhlükə altına salan şəkildə yuxarı qalxması nəticəsində yaranan vəziyyət), infakt, ağciyər şişi kimi ciddi səhnələrə səbəb olur. Yenə şirin və xəmir işindən zəngin qidalar qəbul etmək, xüsusilə şəkər xəstəliyi olanlarda şəkər koması kimi arzu olunmaz hadisələr olur.

7. Süfrədə uzun söhbətlərə qoşulmaq: İftar süfrələrində uzun söhbətlər xoş təsir bağışlamaqla bərabər, bəzi pis vəziyyətlər meydana gəlir. Süfrədə nə qədər çox oturularsa, təzələnən qida miqdarı da buna paralel olaraq o qədər artır. Bu vəziyyətdə artıq qəbul olunan duz və kalorilər ürək-damar sağlamlığına pis təsir göstərir. Məsələn, uzun müddətdə ürək döyüntülərinə səbəb ola bilər..


Tarix: 06.06.2013 / 20:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 232 Bölmə: Maraqlı melumatlar
loading...