"Quran”da keçən hər sözün ad olaraq qoyula bilməyəcəyini açıqlayan Türkiyənin Samsun Müftisi Hayrettin Öztürk, ''Məsələn Sanem adı uşağa verilməməlidir. Sanem büt deməkdir. Aleyna tez-tez eşitdiyimiz bir addır. Amma mənası üstümüzə bəla, çətinlik əksiklik deməkdir'' deyib.
Samsun Müftisi Yrd. Dos. Dr. Hayrettin Öztürk, uşağa ad verməyin mədəni, ictimai və dini baxımdan əhəmiyyətli bir mövzu olduğuna işarə edib.
Bir çox ailənin "Qurani Kərim”də keçən adları uşaqlarına vermək istədiklərini söyləyən Öztürk, "Quran”da keçən hər sözün isə ad olaraq qoyula bilməyəcəyini açıqlayıb.
Quranda yazıldığı üçün qoyulan çox sayda adın mənasının səhv olaraq bilindiyini, deyən Öztürk, uşaqlarına "Quran”dan ad qoymaq istəyən ailələri düşünmələrini təklif edib.
''Məsələn Sanem adı uşağa verilməməlidir. Sanem, büt deməkdir. Kezban adı Quranda keçir deyə verilir. Halbuki Kezban yalançı deməkdir. Uşağa bu adı qoysanız, 'yalançı, yalançı' deyə çağırmaq məcburiyyətində qalarsınız.
Rumeysa 'gözü çapaklı qadın' deməkdir. Hüreyrə, 'pişikcik' deməkdir. Sürüşərə köhnə Türk mifologiyasında 'tanrı' deməkdir. Melis, Yunan mifologiyasında 'tanrı tərəfindən' deməkdir, kök və tənbəl mənalarına da gəlir. Ərçin 'ödəniş' mənasını verər. Bir insanın ödənişi ola bilməz.
Tarix: 05.06.2013 / 21:46 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 88 Bölmə: Maraqlı melumatlar