Başqa sözlə qadın-kişi arasındakı romantik əlaqə. Bir çox cəmiyyətlərdə eşqbazlıq, gənclərin romantik baxımdan yetkinləşmələrini, müxtəlif komplekslərindən xilas olmalarını, cinsi əlaqə mövzusunda məlumatlanmalarını, yoldaşların evlilik əvvəlində bir-birlərini tanıyaraq şüurlu bir birlik meydana gətirmələrini təmin edən bir təcrübə və təhsil forması olaraq qəbul edilib və bu da ətraf tərəfindən xoş görülür.
Lakin, romantik əlaqələr, özünə bağlı bütün düşüncə və fərziyyələri dəyişdirib sürətlə fiziki əlaqəyə çevrilə bilər. Qadın-kişi arasında sərbəstcə qurulan əlaqələrin fərqli bir nəticəyə çatması mümkün deyil.
Cinslər arasındakı əngəllərin yox olması vəziyyətində romantik əlaqələrin qarşı qoyulmaz bir cinsi istəyə çevrilməsi qaçınılmazdır. Bu cinsi istəyin tək məqsədi də birləşməkdir. Bu səbəblə bu cür əlaqələr düşünüldüyünün tərsinə davamlı deyil və utanc vericidir. Nifrət, ümid qırıqlığı və düşmənliklə nöqtələnə bilər. Beləsinə mənfi bir şəkildə nəticələnən əlaqələr təbii olaraq bir çox fərdi və ictimai problemə səbəb olur. Bu problemlərin başında "ailədən qopmalar, pis yollara düşmələr, ortaya çıxan qeyri qanuni hamiləliklər, tərk edilmiş qeyri qanuni uşaqlar, intiharlar, böhran içində olma" gəlir. Bunlar sayısız problemlərdən yalnız bir neçəsidir.
İslam Baxımından Eşqbazlıq
İslam, yalnız ortaya çıxan problemlərə həllər gətirən bir inanc və hüquq sistemi deyil, əksinə, gətirdiyi qaydalarla əvvəlcə problemlərin ortaya çıxmasını önləyən bir dindir. İslamın bu xüsusiyyəti qadın-kişi əlaqələri sahəsində də özünü göstərməkdədir. Əslində islam cəmiyyətlərində, yuxarıda bəhs etdiyimiz problemlərin ortaya çıxmasına imkan yoxdur.
Səbəbi özümüzdə olsa gərək, hal hazırda ölkəmizdə də bir çox belə problemlər var. Hələ-hələ dövlətimizin bizə verdiyi şəxsiyyət vəsiqələrində dinimizin İslam olaraq yazılmasına baxmayaraq... Bu mövzüya başqa məqalələrimizdə toxunacağıq. Biz qayıdaq İslam baxımından eşqbazləq mövzüsuna.
İslamda belə problemlərin yox olub çürüməsinə səbəb olan başlıca amillərdən biri qadın-kişi arasındakı qeyri qanuni cinsi əlaqəni qadağan etməsi, bir çox olaraq cəzalar gətirməsidir.
Ən əhəmiyyətlisi fərdləri bu cür hərəkətlərə aparacaq bütün yolları bağlaması, meydana gəlməsini önləyici tədbirlər almasıdır. Bu tədbirlərin başında qarşı cinsdən olan kəslərin tək başlarına bir yerdə olması gəlir. Peyğəmbərimiz (s.ə.v), belə bir vəziyyətin doğuracağı təhlükəli nəticələyə diqqət çəkmək üzrə, "Çünki -bu təqdirdə- üçüncü şəxs şeytandır" buyurub.
Digər bir önləyici qayda da hicab və baxış kimi xəbərdarlıqçı davranışlardan qaçınma qaydasıdır. Toxunma, əl-ələ tutuşma və bənzəri fiziki təmasların qadağan olunması da başqa bir tədbirdir.
İslamın qadın-kişi əlaqələri haqqında gətirdiyi hökm və qaydalar baxımından baxıldığında, eşqbazlığın tamamilə İslamın xaricində qaldığı görülər: Çünki, şərtlər və nəticələr baxımından İslamın hökm və qaydalarına tərs düşən bir əlaqə forması ortaya çıxmaqdadır.
İslam, insanın cinsi istəklərini görməməzlikdən gəlib, bu sahədə ehtiyaclarını yox saymır. Tərsinə, bu istəklərin qanuni, və həm fərd, həm də cəmiyyət üçün faydalı ola biləcək şəkildə təminini nəzərdə tutur. Evlilik, ailə qurmanın əhəmiyyətli səbəblərindən biri də insanın cinsi ehtiyaclarını halal yolla qarşılamasıdır. Bu səbəblə İslamda evlilik təşviq edilmiş, ola bildiyincə asanlaşdırılmağa çalışılmışdır.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar