Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
İncitmək
İmam Sadiq (ə): «And olsun Allaha ki, yaxşılar nicat tapdılar. Onların kim olmasını bilirsiniz? Onlar qarışqanı da incitməyən kəslərdir.» (Təfsir əi-Qumi, c.2, səh.146)
Mömini incitmək
Quran:
«Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan və açıq-aydın bir günah götürmüşlər.» (Əhzab, ayə 58)
Hədis:
Allahın Peyğəmbəri (s): «Mömini incidən şəxs şübhəsiz ki, məni incitmişdir.» (Biharul-Ənvar, c.67, səh.72, hədis 40)
Allahın Peyğəmbəri (s): «Kim möminə onu qorxudan baxışlarla baxsa, Allah Öz kölgəsindən başqa bir kölgə olmayacaq gündə onu qorxudar.» (Biharul-Ənvar, c.75, səh.150, hədis 13)
Allahın Peyğəmbəri (s): «Kim mömini kədərləndirsə və sonra dünyanı ona bağışlasa, bu işi onun günahının bağışlanmasına səbəb olmaz və bəxşişinin müqabilində ona savab verilməz.» (Biharul-Ənvar, c.75, səh.150, hədis 13)
İmam Sadiq (ə): «Uca Allah buyurub ki, Mənim mömin bəndəmi incidən şəxs Mənə qarşı müharibə e’lan etsin.» (əl-Kafi, c.2, səh.350, hədis 1)
İncitməmək
Allahın Peyğəmbəri(s): «Camaatı incitmə! Çünki (başqalarını) incitməmək sənin özün üçün verdiyin sədəqədir.» (Biharul-Ənvar, c.75, səh.54, hədis 19)
İmam Sadiq (ə): «Kim camaatı incitməkdən əl çəksə onlardan bir əl çəkilər (onları incidənlərdən biri azalar), camaat isə çox əlləri ondan saxlayar.» (əl-Xisal, səh.17, hədis 60)
Tarix: 04.06.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Maraqlı melumatlar