“Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun! Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır”. (ət-Təhrim 6). “Həqiqətən, bu, möhtərəm Elçimizin sözüdür. O elçi ki, qüvvətlidir, Ərşin sahibi yanında böyük hörmət sahibidir, orada itaət ediləndir, etibarlıdır”. (ət-Təkvir 19-21).
Məsruk – radıyallahu anhu – deyir ki, Aişənin – radıyallahu anhə – yanında dayanmışdım: «Ya Aişə! Üç şey vardır ki, hər kim onlardan birini söyləyərsə Allaha qarşı böyük iftira atmış olur. Nədir onlar?» dedim. Aişə: «Hər kim Muhəmməd Rəbbini gördü deyə söyləyərsə Allaha qarşı böyük iftira etmiş olur» dedi. Mən dayanmışdım. Həmən oturdum və: «Ey möminlərin anası! Bir dəqiqə. Tələsmə» dedim. Allah: «And olsun ki. Onu açıq üfüqdə görmüşdü» (ət-Təkvir 23) «O, qüvvət sahibi göründü. O (Cəbrail) ən uca üfüqdə idi». «And olsun ki, başqa bir dəfə də görmüşdü. (yeddinci səmadakı) Sidrətul-Muntəhanın yanında». (ən-Nəcm 6-14) deyə buyurmadımı? dedim. Aişə – radıyallahu anhə – mənə belə cavab verdi: “Peyğəmbərdən bu ümmətdən bu haqda soruşan ən birincisi mənəm. O mənə belə cavab verdi: “Həqiqətən O, Cəbraildir. Onu xəlq olunduğu şəklində iki dəfədən savayı, başqa vaxtda görməmişəm. Onu səmadan enərkən gördüm, əzəmətli varlılığı ilə yerlə səmanı örtmüşdü”
( Müslim 177, 457. )
Məsruk – radıyallahu anhu – rəvayət edir ki, Aişə – radıyallahu anhə – dən soruşdum: “Sonra Muhəmmədə yaxınlaşıb aşağı endi”. O, iki yay uzunluğunda, hətta ondan da yaxın məsafədə idi. Sonra Allah Öz quluna nazil edəcəyini vəhy etdi”. (ən-Nəcm 8). Ayələri nə haqdadır? Deyə soruşdum. Bu Cəbrail – əleyhissəlam – dır. Cəbrail – əleyhissəlam – onun yanına insan surətində gəlirdi. Bu dəfə idə öz surətində gəlmiş və səmanını üfüqünü örtmüşdür” dedi
(Müslim 174, 455. )
Abdullah İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – ı gördüyü vaxt onun altı yüz qanadı vardı” .
(Müslim 174. 455, Buxari 4856, 4857, Əhməd 3780. )
Abdullah İbn Abbas – radıyallahu anhu – buyurdu: “Qəlb gördüyünü yalan saymaz. Siz onun Cəbrail – əleyhissəlam – ı gördüyü barəsində mübahisəmi edirsiniz? And olsun ki, görmüşdü.” “Peyğəmbərin qəlbi gördüyünü yalan saymadı. İndi siz onunla gördüyü şey barəsində mübahisəmi edirsiniz? Onu bir daha öz sürətində enərkən gördü”. (ən-Nəcm 11-13). O, qəlbi ilə iki dəfə görmüşdür”
(Müslim 174. )
” . İbn Məsud – radıyallahu anhu – rəvayət edir ki: “Peyğəmbər – sallallahu aleyhi və səlləm – Cəbrail – əleyhissəlam – ı yaşıl xalça üzərində yerlə səmanı örtmüş halda gördüm”
(İbn Həcər “Fəthul Bəri” 8/611, Nəsəi, Həkim. )
Tarix: 08.05.2013 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 62 Bölmə: Maraqlı melumatlar